Page 235 - pryaxin
P. 235
Xəzər yuxuları

belә fikirlәşirdi) fonunda çox әhәmiyyәtsiz işlә mәşğul olduğunu
köhnә tanışların görmәsini istәmirdi.

– Eşitmişәm, bilirәm! – Voronin Sergeyi qucaqlayıb әlini
onun kürәyinә şappıldatdı. – Hәr gün telefunkendә göstәrirlәr…

Sәn demә, Voronin Sergeyin MK-da işlәdiyini bilirmiş: hәlә
kömәkçi işlәmәdiyi vaxtlarda da Sergey Baş katib-Prezidenti xa-
rici sәfәrlәrdә müşayiәt edәn işçi qrupuna daxil edilirdi, doğrudan
da, televiziya ekranlarında tez-tez görünürdü.

– Tәbrik edirәm! – Sergey mövzunu dәyişmәk istәdi, amma
davam etmәyә macal tapmadı.

– Yox, mәn nümayәndә deyilәm, – Voronin onun sözünü
yarıda kәsdi.

Sonra Sergeyin tәәccüblәndiyini (ona elә gәlirdi ki, Voronin
Moskvaya Volqoqraddan vә ya hansısa başqa vilayәtdәn gәlib,
qurultay nümayәndәsidir. Onun fikrincә, bu müddәt әrzindә
Voronin hardasa birinci vә ya ikinci katib vәzifәsinә yüksәlmәli
vә ya böyük bir şәhәrә rәhbәr tәyin edilmәliydi) görüb gözünü
onun üzünә zillәdi vә zarafatyana dedi:

– Hәlәlik. Növbәti qurultayda kağız-kuğuz daşıyan yox,
nümayәndә olacağam.

– Şad olaram, – Sergey cavab verdi.
Onda kimin ağlına gәlәrdi ki, növbәti qurultay olmayacaq?
Sәn demә, Voronin bir ildir ki, MK-nın tәşkilati partiya işlәri
şöbәsindә çalışırmış.
Qurultayöncәsi әmәlli-başlı qәlәbәlik yaranmışdı, onlar bir
daha qucaqlaşıb ayrıldılar. Sözlәşdilәr ki, qurultay öz işini qur-
tarandan sonra mütlәq zәnglәşib görüşәcәklәr, badәlәrini
toqquşdurub, Volqoqradı, “Әsgәr tarlası”nı xatırlayacaqlar…
Amma iş elә gәtirdi ki, ikinci dәfә Moskvada yalnız beş
ildәn sonra görüşdülәr. Hәm dә öz tәşәbbüslәri ilә yox. Onlar
kimi gәmi qәzasına uğramış, amma salamat qurtarmış bir nәfәr
tapıldı: bu, bir neçә dәqiqә bundan әvvәl su vә ya balıq müfәttiş-
liyinin işçilәri ilә asanca dil tapan hәmin kazak idi. Әyalәt
insanları taleyin zәrbәlәrinә daha dözümlü olur, çәtinliklәri
lәyaqәtlә dәf edir. Bәlkә dә, ona görә ki, hündür binalarda yox,
torpağa yaxın yerlәrdә yaşayırlar. Sergey onunla hәlә yetmiş

235
   230   231   232   233   234   235   236   237   238   239   240