Page 238 - pryaxin
P. 238
rgi Pryaxin

Yakovlevin ixtiyarına verilmişdi. Hәmişә tәәccüblәnirdi ki, Kreml
divarlarını xatırladan, dәmir kimi möhkәm olan bu divarlar nәyә
lazımdır? İndi isә Moskva әtrafında sayı-hesabı bilinmәyәn o
qәdәr imarәt-qәsrlәr tikilib ki! Lap feodal çәkişmәlәri dövründә
olduğu kimi.

Orta әsrlәrdә olduğu kimi, bәrk-bәrk qorunan bu nomenklatura
vadilәrinin hamısında hovuz vardı. Sergey xidmәti iş üzrә dәfәlәrlә
Siyasi Büro üzvlәrinin evinә zәng etmişdi; tez-tez nәzakәtlә
cavab verirdilәr:

– O, hovuzda üzür…
Namizәdlәr vә üzvlәr, şübhәsiz, çox savadlı, ağıllı-bilikli idi,
amma onlara qulluq edәn nazәnin pәrilәr, DTK-nın kiçik zabitlәri
yalnız sadә camaatın içindәn çıxmış adamlardı…
Dünya dәyişәndәn sonra Siyasi Büro üzvlәri dә qәsәbә
hәyatına uyğunlaşmağa başladılar. Vadim Medvedyev dövlәtin
ona ayırdığı “qәsr”i könüllü olaraq tәhvil verdi vә buradan ictimai
mәqsәdlәr üçün istifadә etmәyә başladılar. Yәqin ki, indi hәmin
ev yenidәn kiminsә mülkiyyәtinә çevrilib: ölçüsü dәfәlәrlә
kiçilmiş, büzüşüb-balacalaşmış ölkәdә nomenklatura oliqarxiya
ilә uğurlu rәqabәt aparır – onların var-dövlәti gün-gündәn artıb-
çoxalır, bunun üçün tәr tökmәk, zәhmәt çәkmәk dә lazım gәlmir.
Uspenskoyedә kәndli daxmalarına oxşayan, amma hamam-
tualeti, telefonu olan taxta evlәrin, müharibәdәn sonra tikilmiş
bağ evlәrinin yaxınlığındakı şamlıqda kәrpicdәn (Moskvada
Mәrkәzi Komitәnin işçilәrinin yaşadığı evlәrin tikildiyi sarı
“qolıtsin” kәrpicindәn söhbәt gedir) tikilmiş müasir kotteclәr
peyda oldu. Sәliqәli, sırayla tikilmiş kotteclәrin hәr birinin yanın-
da dekorativ barı ilә әhatәlәnәn bağça salınıb. Amma bu barılar
Kreml divarları kimi hündür, aşılmaz deyil: qoy nә qәdәr istәyirlәr,
tamaşa elәsinlәr.
Hamıdan qabaq bu malikanәlәrdәn birindә Vadim Andreyeviç
yerlәşdi. Görkәmindәn akademikә oxşayırdı, onda Yakovlevin
saray әyanı demonizmindәn әsәr-әlamәt yox idi, insanlarla asan
dil tapır, tәkәbbürlü davranmırdı. Vadim Andreyeviç tez-tez
köhnә yürüş velosipedinә minib qәsәbәni dolaşırdı. Bu zaman
köhnә yürüşçülәr kimi belini әyir, gözünün üstünә düşәn kәkilinin

238
   233   234   235   236   237   238   239   240   241   242   243