Page 243 - pryaxin
P. 243
Xəzər yuxuları

reportajları ölkәnin bu başından o başına telefonda bağıra-bağıra
diktә elәmәk üçün gәlirdi. Çünki onun birbәbir gәzib-dolaşdığı
(bәzәn üzünü qırxmağa da vaxt tapmırdı), quraqlıqdan әziyyәt
çәkәn sovxozlardan Moskvaya material göndәrmәk, demәk olar,
mümkün deyildi. İki il idi, Xam torpaqları quraqlıq başına
götürmüşdü, odur ki, başqa yerlәrdә yetişdirilәn taxılın taleyi
hamını maraqlandırırdı. Elә buna görә dә onu Volqoqrad vilayәtinә
ezam etdilәr. Heç bir fövqәladә hadisә baş vermәsә, bu, onun so-
nuncu tapşırığı olacaqdı.

Budur, nәhayәtsiz Qazaxıstan çöllәrinin sәrin havası hәlә
canından çıxmamış, Moskva-Volqoqrad qatarına әylәşib uzaq
yola çıxdı. Vaxtilә Pavel Vasilyevin әsәrlәrini oxuyub mәftun
olduğu Qazaxıstan çöllәrini qarış-qarış gәzmiş, gözünü dörd
açıb, sualtı alәmi öyrәnәn dalğıc hәvәsi ilә, hәr yerdә Vasilyevin
sәtirlәrinin izini axtarmışdı. Moskvada iki hәftә qalıb, ezamiyyә
pulunun axırına çıxdıqdan sonra sakitcә, narazılıq etmәdәn (nә
qәdәr sәbirli, hövsәlәli vә sadәlövh olmalısan ki, pәlәng, kәlәm
kәpәnәyinin üstünә atılırmış kimi, müdiriyyәtin ipdәn asdığı tәlә
yeminә tamahsınıb, hәr dәfә aldanasan) üzü cәnuba sarı gedirdi.

Onda Volqoqrada qәdәr getmәdi, Mixaylovkada qatardan
düşdü. Nәhәng sement kombinatı ilә şöhrәt qazanmış bu şәhәrcik
Volqoqraddan üç yüz kilometr aralıda yerlәşir. Bir il sonra Sergey
uzun müddәt hәmin kombinatın direktoru işlәmiş, elә iş başındaca
dünyasını dәyişmiş mәşhur tәsәrrüfatçının arvadı ilә eyni binada,
eyni mәrtәbәdә yaşayacaqdı. Dul qadın әrini dәfn etdikdәn sonra
qızı vә kürәkәni ilә birgә Volqoqrada köçmüşdü. Kombinatın
havaya püskürdüyü bozumtul toz dәnәciklәri kәfәn kimi bütün
Mixaylovkanın üstünü örtürdü. Bütün dәlmә-deşiklәrә dolan
boğucu toz, ağına-bozuna baxmadan, hamının gününü qara
elәmişdi. Hәtta mәşhur direktor, әmәk qәhrәmanı da ciyәr si-
likozundan ölmüşdü. Otuz il sәrasәr rәhbәrlik etdiyi kombinat
hәyatına son qoyan kabusa çevrilmişdi. Onu elә kombinatla birgә
dәfn elәdilәr: boş qalmış rәhbәr vәzifәyә onun öz oğlunu tәyin
etsәlәr dә, kombinat bir daha mәrhum veteranla birgә fәth etdiyi
zirvәyә yüksәlә bilmәdi. Doxsanıncı illәrdә kombinat yarımcan
olmuşdu, әvvәlki ehtişamından әsәr-әlamәt qalmamışdı. Şәhәrin

243
   238   239   240   241   242   243   244   245   246   247   248