Page 245 - pryaxin
P. 245
Xəzər yuxuları

sonuncu yazısında yenicә biçilmiş tarlada gördüklәrini qәlәmә
almışdı: sәsi dünyanı başına götürmüş dörd kombayn vә әllәrindә
qayka açarı olan bir yığın piyada mexanizator hansısa talesiz
gәmiricini qovalayırdılar. Bol mәhsul uğrunda mübarizәdә, elәcә
dә payızın sonunda tarla yerlәri, kövşәnliklәr yandırılarkәn, nә
qәdәr canlı mәhv edilir! Tәbiәtlә işgüzar tәmasa girәn insanların
içindә nә qәdәr heyvani hisslәr baş qaldırır! O, rayon komsomol
katibi vә sabahkı növbәti qonağı ilә görüşә könülsüz gedirdi.

Bәrә Don çayını bir göz qırpımında üzüb-keçmәk әvәzinә,
sürünә-sürünә irәlilәyirdi, hәtta hıqqana-hıqqana üstündәn aşırdı.
Necә ki gecәyarısı ayaqyoluna getmәk istәyәn qoca daş kimi
yatan qarısının üzәrindәn aşır. Çayın o biri sahilinә çatanda artıq
şәr qarışmışdı. Buradan şәhәrә aparan qara yol çox yoxuşludur.
Bәrәdәn tökülüşәnlәr şey-şüylәrini götürüb avtobusa sarı
götürüldülәr – heç kәs bu narahat yolu ayaqla getmәk istәmirdi.
Sergey uzağa getmәli olmadı: kütlәnin içindәn qaragöz bir oğlan
onun qolundan tutdu:

– Buyurun maşına…
– Mәni necә tanıdınız? – Sergey gülümsәdi.
– Әlinizdәki “diplomat”dan, – oğlanın ağzı qulağının dibinә
getdi.
Doğrudan da, bәrәdәn düşәnlәrin içәrisindә әlindә diplomat
çanta tutan tәkcә o idi.
Әlüstü tanış oldular, oğlan yaxınlıqdakı “Qaz-69”-un sükanı
arxasına keçdi – uşaqlıqda hamının “keçi” adlandırdığı bu maşınla
Sergeyin qan qohumluğu vardı. Bu maşınları görәndә hәmişә
qәribә hisslәr keçirirdi. Şәhәrciyә doğru irәlilәyәn piyadaların
(avtobusa hamı yerlәşmәmişdi, bәrә isә tәzәydi, quru yoxuşa
dırmaşa bilmәzdi) yanından keçib yüksәkliyә qalxmağa başladılar.
“Bunlar hәlә çox hökumәtlәri yola salacaqlar” – payız yağışı
kimi seyrәk düzülmüş bir neçә fәnәrin işığında әtrafa boylanan
Sergey fikirlәşdi – Serafimoviçdә bütün sivilizasiya kilsә ilә
restoran arasındakı meydana cәmlәşmişdi. Nә qәdәr qәribә dә
olsa, ani fikirlәr düşünüb-daşınılmış, ölçülüb-biçilmiş qәnaәtlәrdәn
daha faydalı vә düzgündür. Bunu dәfәlәrlә sınamışdı. Çünki

245
   240   241   242   243   244   245   246   247   248   249   250