Page 240 - pryaxin
P. 240
rgi Pryaxin

Sov.İKP MK-nın başqa katiblәri dә Uspenskoyedә peyda
oldular. Tatarıstanın rәhbәri Usmanovun iş yeri yenicә Moskvaya
dәyişdirilmişdi, o, çox narahat vә qәrarsız idi, özünә yer tapa
bilmirdi. Onda hәlә varisi Şaymiyevin yeni Rusiyada hansı
mövqeyә sahib olacağını bilmirdi. Partiya Nәzarәti Komitәsinin
sonuncu sәdri, pribaltikalı – asketik hәyat tәrzinin tәrәfdarı latış
Pelşe, gәlәcәk daxili işlәr naziri Puqo da buradaydılar. O, sonradan
mәşhur uğursuz çevrilişin yox, daha çox, öz vicdanının qurbanı
oldu. Özü dә bu, ikiqat qurban idi: öz arxasınca arvadını da o
dünyaya apardı…

Kruçina da bu cür katib kottecindә yaşayırdı. Formal olaraq,
әlbәttә, aşağı vәzifәdә işlәyirdi, amma kim bilmir ki, әn yuxarı
tәbәqәlәrdә belә, xüsusәn dә Rusiyada tәsәrrüfat işlәri üzrә müdir
idarәnin әn nüfuzlu, sözükeçәn adamlarından biri sayılır, çünki
yalnız birinci şәxsә tabedir, tәkcә onun nazı ilә oynayır. Başqalarını
vecinә dә almır, hәtta müdir müavinini dә, sadәcә yola verir,
amma birinci şәxsin bütün istәklәri onun üçün qanundur, bircә
dәfә qaşını tәrpәtsә, kifayәtdir.

O vaxtlar tәsәrrüfat işlәri üzrә müdir bәzәn birinci pillәyә dә
yüksәlә bilirdi – elә Moskva patriarxiyasını götürәk…

Tabeçiliyindә çoxlu qәzetlәr, mәtbәәlәr, istirahәt evlәri olan,
üzvlük haqqından külli miqdarda vәsait toplayan MK göz önündәcә
dağılıb-gedәn ölkәnin sosial ehtiyaclarını tәmin etmәk üçün düz
altı milyard rubl ayırdı. O zamanlar böyük pul idi, ancaq bunun
da kömәyi olmadı. Artıq gec idi.

Üstәlik ölkәnin uçuruma yuvarlanmasına az qalmış, MK-da
qәribә bir iyerarxiya sistemi formalaşmışdı ki, bu da tәsәrrüfat
müdirlәrinin statusunu daha da artırırdı. Üzvlәrin vә namizәdlәrin
qәribә tandemlәri, birlәşmәlәri, komandaları meydana çıxmışdı.
Qәribәlik isә bundan ibarәt idi ki, onlar çox zaman bәnzәr işlәrlә
mәşğul olur, eyni şeylәrә görә mәsuliyyәt daşıyırdılar. Mәsәlәn,
Sergeyin özünü götürәk. Hәlә Mәrkәzi Komitәdә işlәmәdiyi
vaxtlarda onu SSRİ Televiziya vә Radio Verilişlәri Komitәsinin
sәdr müavini tәyin etmәk istәyirdilәr. Mәrkәzi Komitәdә çoxlu
yoxlamalardan, müzakirәlәrdәn keçdi, nәhayәt, günlәrin bir günü

240
   235   236   237   238   239   240   241   242   243   244   245