Page 242 - pryaxin
P. 242
rgi Pryaxin

belә, Moskvada yüksәk vәzifәyә tәyin olunandan sonra birdәn-
birә dәyişilir, ölgünlәşir, öz qazamatlarında ruh kimi dolaşırdılar.
Üz-gözlәrinin ifadәsindәn heç nә oxumaq olmurdu.

Bütün bunlar, sözsüz ki, Uspenskoyedәki qeyri-rәsmi vәzifә
bölgüsündә dә özünü göstәrirdi. Kruçina hәlә komsomol illәrindәn
Qorbaçovla dostlaşmışdı. Mixail Sergeyeviç kәnd tәsәrrüfatı üzrә
katib tәyin olunandan sonra Kruçina onun sağ әli oldu – onun
kömәkliyi ilә kәnd tәsәrrüfatı şöbәsinә müdir tәyin edildi.
Qorbaçov Baş katib seçilәn kimi, әnәnәsinә sadiq qalaraq, onu
MK-nın işlәr müdiri vәzifәsinә irәli çәkdi. Bax hәmin Kruçinanın
arvadı MK işçilәrinin mәskunlaşdığı qәsәbәdә, doğrudan da,
aparıcı rol oynaya bilәrdi. Xüsusilә dә nәzәrә alsaq ki, kişilәr
buraya yalnız axşam vaxtları, bir dә istirahәt günlәrindә gәlirdilәr,
burada qadınların sözü keçirdi. Kruçinanın arvadı artıq yaşlanıb,
çәllәyә oxşayırdı, özü dә cәnub koloritini nәzәrә alsaq, bal çәllә-
yinә. Tez-tez qәsәbәnin kiçik mağazasına gәlib növbәdә dayanan
qadının nәvәlәri onu heç vaxt tәk qoymur, әlindәn-әtәyindәn
yapışıb, yanında dolaşırdılar. O, növbәdә dayanan qadınların
ayaqüstü söhbәtinә mәmnuniyyәtlә qoşulur, әrzaq alıb küçәyә
çıxandan sonra da tanış-bilişlә yol gedә-gedә, körpәlәrin anginaya
tutulması vә qızılca çıxarması barәdә vacib söhbәtlәrini davam
etdirirdi.

Hәtta bu dünyagörmüş, ailәcanlı qadın belә, fәlakәtin qarşısını
ala, özünü vә onu qoruya bilmәdi.

Vәzifәmiz artıb, “әsilzadә”yә çevrilәn kimi, biz kişilәr, hәr
şeydәn öncә, “rәiyyәt”i tәmsil edәn arvadlarımızla ayrı-ayrı
çarpayılarda yatmağı öyrәnirik.

***

…Belәliklә, düşәndәn-düşәnә, Arkalık, Selinoqrad, Kustanay
vә Pavlodara güzar elәyәn Sergey gecәsini gündüzünә qatıb,
redaksiyanın etimadını doğrultmağa çalışırdı. Әslindә bu şәhәrlәrә
gәzmәk üçün gәlmirdi – mәhsul yığımı barәdә hazırladığı

242
   237   238   239   240   241   242   243   244   245   246   247