Page 247 - pryaxin
P. 247
Xəzər yuxuları

Sergey deyinә-deyinә qalxıb qapıya sarı getdi.
– Kimdir?
– Mәnәm, Viktor, – tanış sәs eşidildi.
Sergey tәәccüblә qapını açdı. Burada onlar ikinci dәfә tanış
oldular.
– Sәn… Belә elә, – artıq ona “sәn” deyә müraciәt elәyәn,
kandarda bir ayağını qaldırıb, birini qoyan Viktor onun başı
üzәrindәn içәriyә boylandı, – şey-şüyünü yığışdır.
– Niyә? – Sergey karıxıb qalmışdı.
– Bizә gedәcәyik. Bizim evdә qalacaqsan. Burda qalıb,
taxtabitilәrә yem olmağa dәymәz, – o, bәyan etdi. Sanki bu yeri
Sergeyin özü seçmişdi. – Gedәk sәnә kömәk elәyim.
Kömәyә ehtiyac olmadı – bәşәriyyәtin qaniçәn-әmәksevәr
canlıları haqqında xatırlatmanı eşidәn kimi Sergey әl-ayağa
düşdü. Bir göz qırpımında әynini geyinib, “diplomat”ını әlinә
götürdü. Onsuz da son vaxtlar әsl qaraçı hәyatı yaşayırdı.
Qaraçının yır-yığışı isә uzun çәkmir.
Qapını çәkib bağladılar, katib açarı mavzoleyin qapısı önünә
sәrilmiş әsgi parçasının altına qoydu, buraya gәldiklәri maşınla
Viktorun evinә doğru getmәyә başladılar. Fәnәrlәrin zәif işığı
küçәni güclә işıqlandırırdı – bütün kiçik şәhәrlәrin küçә fәnәrlәri
kimi.
Yanında bağçası olan kiçik evin yarısı katibә mәxsus idi.
Burada hәr şey cırıldayır, yırğalanırdı. Cırıldamayan şeylәrin
hamısı laxlamışdı.
– Әks-inqilab abidәsidir, lәnәt şeytana, – Viktorun sәsi
Sergeyin qulağının dibindә guruldadı: o, qonağın qolundan
yapışmışdı, sanki edam kötüyünә tәrәf aparırdı. – İstirahәt
günlәrimi dizi üstә keçirirәm: çәkiclә, mismarla.
Otağa girdilәr, Viktor işığı yandırdı. Ortadakı stoldan savayı,
mebel gözә dәymirdi. Stolun üstünә cürbәcür yemәklәr qoyulmuşdu.
Elә bu vaxt yan otaqdan ağlamsınan uşaq sәsi gәldi.
– Qızım xәstәlәnib, – katib yavaşcadan dedi. – İçәri keç…
Yan otaqdan cavan, xoşsifәt bir qadın çıxdı, barmaqlarının
ucunda yeriyirdi. Viktor qonağı ona tәqdim etdi.

247
   242   243   244   245   246   247   248   249   250   251   252