Page 249 - pryaxin
P. 249
Xəzər yuxuları

fizikanı tәdris elәsә dә, evi idarә edәn dә qadındır, yәni evin
içindә onun sözü keçir. Amma elә deyilmiş. Oxumuş, savadlı
qonağının qarşısında öz kitabları ilә öyünәn, xoşu gәldiyi әsәrlәrdәn
şövqlә sitatlar gәtirәn katib Sergeyin çoxdan axtardığı adam idi.
Onların dostluğu elә o gündәn başladı.

Viktor qırx dördüncü ildә tozlu kazak xutorunda dünyaya
gәlmişdi. Atası müharibәdәn qayıtmamışdı. Oğlan Axalkalaki
sәrhәd mәntәqәsindә әsgәri xidmәtini başa vurduqdan sonra (yeri
gәlmişkәn, bu yaxınlarda bizi Axalkalakidәn dә qovub çıxardılar,
belә getsә, rәşadәtli, ayıq-sayıq әsgәrlәrimiz Moskva әtrafında
mövqe tutmalı olacaqlar) Kәnd Tәssәrrüfatı İnstitutunu, daha
dәqiq desәk, onun kimi kasıbların, yetimlәrin, sanki әvvәlcәdәn
verilmiş proqram üzrә üz tutduğu zootexnika fakültәsini bitirmişdi.
Lakin bundan sonra, nә qәdәr qәribә dә olsa, әbәdi sәrhәdçinin
tәbiәtinә uyğun olmayan, onun ayağını yerdәn üzәn bir işlә
mәşğul olmağa, mehrini kitablara salıb (özü dә zootexnikaya aid
kitablara yox) çoxlu-çoxlu oxumağa başlamışdı. Qoca yaşlarınacan
dәyişilmәyәn sifәt cizgilәri, gәnclik tәravәti, şuxluğu itib-getmәdiyi
kimi (Qrişka Melixovun kәkilinә oxşayan saçları hәlә dә
ağarmayıb), kitab oxumaq vәrdişini dә heç vaxt tәrgitmәdi. Hәr
dәfә Moskvaya yola düşәndә Viktor Sergeygildә qalırdı. Sergeyin
arvadı bu kazak kişisini butun digәr qonaqlardan fәrqlәndirir,
ona xüsusi hörmәt qoyur, yatağını hәmişә mәnzilin әn böyük
otağında, “zal”da, açılıb-yığılan çarpayıda salırdı. Başqa qonaqlar
gәlәndә әrini çox içmәyә qoymayan, hәr vәchlә bunun qarşısını
almağa çalışan (doğrudur, çox zaman bu cәhdlәri uğursuz olurdu)
qadın Viktorla içki mәclisinin uzanmasına göz yumurdu.

Gecәdәn keçsә dә, Viktorun yatdığı otağın şüşәli qapısından
işıq süzülürdü: yatmamışdan, nәsә oxumaq adәti vardı. Sergeyin
bağ evinә aparmadığı kitabların çoxu qonaq otağında olurdu.
Artıq hәr şey tәrsinәdir: әvvәllәr yalnız әyalәtdә “tapılan” kitablar,
indi Moskvanın mağazalarında tozlanır. Әyalәtә gedib-çatmır –
yolxәrci bir әtәk pul elyәir, bir dә ki, onsuz da camaatda pul
yoxdur, heç kәs kitab almaq barәdә fikirlәşmir. Hamı dolanışığının
hayındadır.

Belә dә olurdu: gecә saat üçdә, “zal”ın çotur şüşәli qapısından
tәkcә işıq sızmırdı, bir dә görürdün ki, get-gedә qüvvәtlәnәn

249
   244   245   246   247   248   249   250   251   252   253   254