Page 253 - pryaxin
P. 253
Xəzər yuxuları
– Nağıl danışırsan?
– Yalan deyirәmsә, Allah mәni öldürsün! – Ateist Viktor
zarafatyana and-aman elәdi. Onlar bu sirli mәkanda, Don çayının
çoxlarına mәlum olmayan acılı-duzlu axarının yanında bir qәdәr
dә lәngiyib, üzüaşağı hәrәkәt elәmәyә başladılar. Burada, çayın
iki addımlığında ocaq çatılmışdı. Ocağın üstündәki qara, hisli
qazan parovoz kimi poqquldayır, buğlanırdı, sürücü Petya maşını
bir az aralıda saxlamışdı. O, sәhәrdәn qazan asmış, balıq bişirmiş,
әsgәrlәrin istifadә etdiyi alümin qablara araq süzmüşdü. Hәr
dәfә ocağa quru ardıc qol-budağı atdıqca, alov dillәrinin şölәsi
әtrafı işıqlandırırdı. Viktor İvanoviç “Çapayevin Petkası”nın
hazırladığı arağı sәliqәylә, kәnara bir damcı da tökmәdәn dәmir
stәkanlara süzdü.
– Müalicә olunmağın zamanıdır, yoldaş müxbir!
Bu yaşda insanların xәstәliyi xroniki hal almır, buna baxma-
yaraq, “müalicә” uzun çәkdi.
Kazaklar ataman Platovla
Parisi tutan zaman,
Kam aldılar doyunca,
Yaraşıqlı qızlardan.
Katibin mәlahәtli, gur sәsi Don çayının üzәrindә pәrdә-pәrdә
havalanırdı. Görünür, kazakların tәsәvvüründә parisli qızlarla
yerlilәr arasındakı fәrq yalnız onların nә dәrәcәdә uzaq vә ya
yaxın olmasından ibarәtdir: birinin üzәrinә qılınc çәkib gedirsәn,
digәrinin yanına isә әlin cibindә.
Bәdirlәnmiş Ayın çәpәki düşәn işığı Don çayının üzәrindә
yırğalanan qәrarsız keçid kimi görünürdü. Mәclisin axırında
üçlükdә sәs-sәsә verib Sergeyin sevimli imperiya (eyni zamanda
tarixi-macәra sәciyyәli) mahnısını oxumağa başladılar:
Öncəgörən Oleq yürüş elədi
Düşüncəsiz xəzərlərin üzərinə.
Od vurdu kəndlərə, tarlalara o,
Azğın həmlələrə, basqına görə.
253