Page 258 - pryaxin
P. 258
rgi Pryaxin
Bәlkә dә, Viktorun bu idarәyә müdir tәyin olunması taleyin
öz işi idi – o, hardan çıxdığını, nә etmәk istәdiyini yaxşı bilirdi.
Pensiya fondunun öz içindәn çıxan, soxulcan kimi sürünә-sürünә,
pillә-pilә bu vәzifәyә yüksәlәn adamdan nә gözlәyәsәn? Nә
buyursalar, “hә” deyәcәk. Amma Sergeyin tәrsliyi tutdusa, heç
kәsi eşidәn deyil.
***
Doxsanıncı illәrin ortalarında pensiyaçıların hansısa növbәti
xural-seminarına gәlәn Viktor Sergeyә zәng elәyib restoranda
şam yemәyinә dәvәt etdi.
– Restoranda niyә? – Sergey tәәccüblәndi (nә o, nә dә dostu
pulu havaya sovuran adamlardan deyildilәr). – Bizdә şam elәyәrik.
– Yox, bilirsәn… – Viktor sözlәri çeynәmәyә başladı. –
Voronini axtarıb-tapmışam. Gәl birlikdә şam edәk.
Bu, başqa mәsәlә. Voronin Sergeygilә, çәtin ki, gәlәydi.
Onunla sonuncu görüşünü xatırladı – imkan olan kimi bir-biri ilә
görüşmәyә söz vermişdilәr. Sergey restoranların yolunu yağır
elәyәn adamlardan deyildi, amma bu dәfә nәm-nüm elәmәdәn
razılaşdı. Hansısa restoranda görüşdülәr. Restoran “Qruzinski
dvor”, ya da “Severo-Osetinski dvor” adlanırdı: hәtta qastronomiya
mәsәlәlәrindә belә, Moskva get-gedә Qafqaz әsirinә çevrilirdi –
Avropa mәğlub etdiyi xalqların restoranlarında yeyib-içir, bizsә
qaliblәrin. Sergeylә Viktor sözlәşdiklәri vaxtda görüşdülәr, Voronin
hәlә gözә dәymirdi. O gәlib-çıxanda dostlar artıq üçüncü qәdәhi
içmәyә hazırlaşırdılar.
Sergey әvvәlcә onu tanımadı. Qaşqabaqlı Voronin özünә
oxşamırdı, xeyli yaşlaşmışdı – onların arasındakı yaş fәrqi özünü
açıq-aşkar büruzә verirdi. Görüşüb qucaqlaşdılar – Voronindәn
dә araq iyi gәlirdi. Bu illәr әrzindә Sergey dә qocalmış, gerilәmişdi:
bütövlükdә cәmiyyәti yenilәyәn, gәnclәşdirәn tarixi proseslәr
ayrı-ayrı fәrdlәrin, qurbanların vә uğursuzların bәdәnindә qocalma
258