Page 256 - pryaxin
P. 256
rgi Pryaxin

yaxşı adamdır, gedib paytaxtda lazımi yerlәrә çatdırdı (günlәrlә
araq içib mahnı oxuduqdan sonra necә çatdırmayasan?) vә budur,
bu da nәticә!

– Afәrin! – Ertәsi günü Viktor zәng elәdi. – Tez-tez gәl:
başqa namizәdlәrimiz dә var. Mәktublar vә teleqramlar barәdә
dә pis yazmamısan, yaxşı fikirdir, – o, özünü saxlaya bilmәyib,
Sergeyi iynәlәdi, – iki teleqram da mәn göndәrdim: birini
raykomun adından, birini dә şәxsәn özümün. Qoy sәnәt hәqiqәti
ilә hәyat hәqiqәti üst-üstә düşsün…

***

Bax orada, katerin arxa tәrәfindә mürgülәyәn adamın sayәsindә
Sergeylә Voronin ikinci dәfә görüşdülәr. Son iyirmi ildә bu
adam, belә deyәk, torpaqdan ayrılmamışdı. Әvvәlcә rayon kәnd
tәsәrrüfatı idarәsindә baş zootexnik vәzifәsindә işlәyirdi. Sonra
hәmin idarәnin rәisi oldu. Bundan sonra qonşu rayonda İcraiyyә
Komitәsinin sәdri vәzifәsinә gәtirildi. Axırda raykom katibi oldu.
Sergeyin dostu raykom katibi olandan sonra tamamilә dәyişildi:
artıq oturuşuna-duruşuna fikir verirdi, sәliqәli, ütülü paltarlar
geyirdi. Tez-tez şәhәrdә gecәlәmәli olduğu üçün qalstuk bağlamağı
da öyrәndi. Çünki şәhәrdә qalanda arvad әlinin altında olmurdu.
Artıq әlinә yol çantası götürmәkdәn utanırdı: Moskvaya gәlәndә
mәzuniyyәtini cәnub tәrәflәrdә keçirib qayıdan adam tәsiri
bağışlayırdı. Bir sözlә, mәdәni görünmәyә çalışırdı.

Atasız böyümüş xutorlu oğlan, Allah bilir, hansı od-alovdan
keçib… İndinin özündә dә hәyәcanlananda, әsәbilәşәndә üzünü
yana çevirir, sanki başına yüyәn salıblar, küsmüş uşaq kimi
dodaqlarını bir-birinә sıxır: görünür, bu vәrdiş uşaqlıq vә gәnclik
illәrinin yadigarıdır. İtkin düşmüş atası kimi düz Berlinә qәdәr
gedib-çıxmışdı. Vilayәt İcraiyyә Komitәsinin sәdr müavini vәzifәsi
sizә zarafat gәlmәsin: nәqliyyat mәsәlәlәri vә müdafiә kompleksinin
nәzarәti ona tapşırılmışdı. Müdafiә komleksi Volqoqradda dövlәt
içindә dövlәt kimidir. Qiyabi olaraq, maliyyә akademiyasını vә
sözsüz ki, Sovet Partiya mәktәbini bitirmişdi.

256
   251   252   253   254   255   256   257   258   259   260   261