Page 260 - pryaxin
P. 260
rgi Pryaxin

Nә isә, ikisi dә yaşlaşmış, sınıxmışdı. Amma, deyәsәn,
Voronin olub-keçәnlәri daha çox ürәyinә salırdı. Onu başa düşmәk
olardı: gör nә qәdәr arzusu ürәyindә qalmışdı. Yaxın illәr üçün
nәzәrdә tutduğu işlәrin heç birini tamamlaya bilmәmişdi. Halbuki
hipotetik partiya qurultayının vaxtına az qalmışdı vә böyük bir
vәzifә tutmağı planlaşdıran Voronin qurultaya “kağız-kuğuz
daşıyan” kimi yox, tamhüquqlu nümayәndә qismindә qatılmağa
hazırlaşırdı…

Voronin dalbadal iki qәdәh araq içib, onlara “çatdı”.
Pambıq salfet tutduğu sol әlini arxasında qoyub xüsusi, ifadәli
әdayla araq süzәn ofisiant maskarad paltarı geymiş vәznәli
dağlıya oxşayırdı. Voronin onun nәzakәtli-әdәbli, incә-mincә
hәrәkәtlәrinә xeyli göz qoyandan sonra dözmәyib araq şüşәsini
onun әlindәn aldı:
– Ver, özümüz süzәrik.
O, dәrhal özünә araq süzüb başına çәkdi, sonra yenә dә
özünün, Viktorun vә Sergeyin qәdәhlәrini doldurdu – şüşә boşaldı.
Sergey fikir verib gördü ki, Voroninin barmaqları titrәyir.
– Axtarış elәyirdilәr, ona görә gecikdim, – qaşqabaqlı Voronin
ağzındakı yemәyi çeynәyә-çeynәyә dedi.
– Nә axtarışı? – Süfrә yoldaşları xorla soruşdular.
– Axtarış dә! – Voronin susub, ofisiantın növbәti araq şüşәsini
açıb qurtarmasını gözlәdi. Sergeyin gözü ofisiantın önlüyünün
boş vәznәsinә sataşdı. Kәnddәki sahә müvәkkili yadına düşdü.
O, böyründәn asdığı dәri qoburda tapança әvәzinә duzlu xiyar
gәzdirirdi. Çünki kәnddә konstitusiya qaydalarını qorumaq işindә
tapançadan çox, duzlu xiyara ehtiyac duyulurdu. – Yenә bu ax-
maqlar az qala ilişmişdilәr.
Sergeylә Viktor mәnalı-mәnalı baxışdılar. Arağın dadı xoşlarına
gәlmәmişdi?
Voronin başına gәlәnlәri danışmağa başladı.
Doxsan birinci ilin avqustundan sonra işsiz-gücsüz qalan
Voronin zәmanәylә ayaqlaşmağı bacaran köhnә tanışlarından
birinә müraciәt edir. O vaxtlar belәlәri dә az deyildi, özü dә
nәdәnsә çoxu DTK ilә әlaqәsi olan adamlar idi. Tanışı qayıdır ki:

260
   255   256   257   258   259   260   261   262   263   264   265