Page 264 - pryaxin
P. 264
rgi Pryaxin

Voronini bu rolda görmәk Sergeyin ürәyini ağrıdırdı: kapitala
qulluq etsәydi, dәrd yarıydı, o, burnufırtılıqlı kapitalistlәrә
nökәrçilik edirdi. Bu, әdalәtli hәyat üçün tәşkilatlanmış kütlәlәrә
başçılıq etmәk istәyәn hәmin Voronin deyildi.

Görüş istәdiklәri kimi alınmadı, davamı da gәlmәdi. Viktorla
Sergey sәrxoş Voronini evinә kimi ötürüb liftә mindirdikdәn
sonra dinib-danışmadan, fikirli-fikirli geri döndülәr. Sanki cinayәt
törәtmişdilәr. Elә bil avtomatlarla birgә, canlı insanı da çaya atıb
boğmuşdular. Bundan sonra düz beş il görüşmәdilәr.

***

Ac qılınca çapar. Ac naşir acından ölәn qurd kimidir: yem
tapmaq üçün nәyә, hara desәn, gedir. Ac-yalavac üz tutub getdiyi
yerdә birdәn ayılır. Әtrafa boylanıb, heyrәtlә içini çәkir: ilahi,
buralara necә gәlib düşmüşәm, bura haradır? – hәr tәrәfdә tanış
olmayan sifәtlәr gözә dәyir, hamısı da bir-birindәn ac. Amma
neylәmәk olar: çünki oldun dәyirmançı… Talaya gәlib çıxmısansa,
otunu biç.

Biç, biç, otu şehli-şehli biçәrlәr.
Belәcә, Sergeyin dә rastına Musa çıxdı. Sergeyin ağıllı-
tәdbirli (çünki çox da ac deyildilәr) hәmkarları çeçenlәrdәn,
daha doğrusu, çeçen bankirlәrdәn, ilk növbәdә, bankirlәrdәn
uzaq gәzmәyә çalışırdılar. O isә lap yaxına gәldi. Birlikdә iş
qurdular. Әslindә Sergey Musanı savab iş görmәyә sövq etmişdi,
ümid edirdi ki, bu әmәl hәm Tanrıya xoş gedәr, hәm dә nәşriyyat
üçün yaxşı olar.
Çeçenlәrin arasında hәmişә dostları olub. Bәzilәri ilә әvvәllәr
yola getmәsә dә, sonradan dostlaşıblar. Onlardan biri “Vahid”
adlı çantili idi (o, özünü “çeçen” yox, “çantili” adlandırırdı.
“Çanti” – tayfasının, nәslinin yaşadığı hansısa qayalıq әrazinin
adıdır). Vaxtilә Sergeyin tәqdimatı ilә Vahidi partiyadan xaric
etmiş, işdәn qovmuşdular.

264
   259   260   261   262   263   264   265   266   267   268   269