Page 268 - pryaxin
P. 268
rgi Pryaxin
Jukova da, Stalinә dә münasibәti qәzet işçilәrinin münasibәtindәn
fәrqlәnirdi – “xalq düşmәni”nin qızıyla evli olsa da. Nәzarәtçinin
Jukova münasibәtindә qәribә heç nә yox idi. Jukov, yәqin ki,
eyni vaxtda müxtәlif yerlәrdә tәccәlla elәyәn qeyri-adi adam
olub: müharibә iştirakçılarının az qala hamısı iddia edir ki, onu
öz gözlәri ilә görüb. Görünür, hamı arzulayırmış ki, Tanrının yer
üzündәki kölgәsi İosif Vissarionoviç vә ya heç olmasa, әyribaldır,
ağır yerişli Jukovun simasında özünә hami tapsın.
Bu nәzarәtçi ilә bağlı MK-da әfsanәlәr dolaşırdı – sәn demә,
onun tәrs üzü dә varmış. Tәbliğat şöbәsinә yeni işçi gәlmişdi.
Hardansa, Karpat tәrәflәrdәn idi: növbәti dәfә partiyanın hәyatla
bağlarını möhkәmlәndirmәk fikrinә düşmüşdülәr. Yeni gәlәn
oğlan Mәrkәzi Komitәdә görülәn işlәr barәdә çox yüksәk
fikirdәydi: özünü göyün yeddinci qatında hiss edirdi, ona elә
gәlirdi ki, çox mühüm, dövlәt әhәmiyyәtli missiya yerinә yetirir.
Xüsusilә dә xidmәtin sәviyyәsi onu bu cür düşünmәyә vadar
edirdi. Әyalәt adamları paytaxt sakinlәrindәn dә yaxşı bilir ki,
insanın ictimai mövqeyi vә statusu çox zaman xidmәtin sәviyyәsi
ilә ölçülür.
Tәbliğat şöbәsi partiya bürosunun katibi, xoşsimalı Yevgeni
Alekseyeviç yeni gәlәn işçi – dünәnki kolxoz partkomunun katibi
ilә söhbәt apararkәn bildirdi ki, Mәrkәzi Komitә qapalı tәşkilatdır,
buranın öz korporativ qaydaları var.
– Buradakı söz-söhbәti kәnara çıxarmaq olmaz. Bütün
mәnalarda. Bütün mәişәt problemlәriniz burada, MK-da hәll olu-
nacaq: görürsünüz dә, öz bәrbәrxanamız, öz yemәkxanamız… –
bir anlığa susub onun üzünә zillәndi, deyәsәn, fikirlәşirdi ki,
görsün, daha nәyi әlavә etmәk olar, – öz ayaqyolumuz.
Yeni işçi tualet otağının yolunu bilirdi: hәlә bәrbәrxanaya vә
yemәkxanaya yolu düşmәmişdi, amma buraya gәlәrkәn ayaqyoluna
dәymişdi.
– Bax, tutalım, ayaqqabınız yırtılıb. Siz onu sәliqәylә
götürürsünüz, – Yevgeni Alekseyeviç barmaqlarını cütlәyib,
ayaqqabını necә götürmәk lazım olduğunu nümayiş etdirdi, –
sellofan paketә qoyursunuz, – daha bir aktyor jesti, – sәhәr işә
gәlәndә, aparıb şöbә katibliyinin rәisinә verirsiniz. Deyirsiniz ki,
268