Page 270 - pryaxin
P. 270
rgi Pryaxin
mәktәbini keçmiş hәmin cavan tәlimatçı özünә uğurlu karyera
qurdu – MK-nın bütün işçilәrini, elә Mәrkәzi Komitәnin özünü
dә tarixә gömәndәn sonra isә Züqanovun tәrәfinә keçib, RFKP
MK-da işlәmәyә başladı. Yeri gәlmişkәn, Züqanovun özü dә
әvvәllәr beş il tәbliğat şöbәsindә işlәmiş, onların mәktәbini
keçmişdi.
İkinci әhvalatı Sergey ağızlardan eşitmәmişdi, özü şahid
olmuşdu.
MK-da hәmkarlar tәşkilatının toplantısı keçirilirdi. Bu
toplantıları heç kәs ciddiyә almırdı. Әvvәla, ona görә ki, partiyanın
daxilindә hәmkarlar tәşkilatı – bir qәdәr qәribә sәslәnir, ikincisi
dә tәkcә “kommunizm mәktәbi” yox, partiyanın özü dә artıq
sonunu gözlәyirdi: belә getsә, bir azdan partiya iclasları da gizli
keçirilmәyә başlayacaqdı. Nә isә, rәyasәt heyәti, әvvәlki illәrdә
olduğu kimi, tәntәnәli şәkildә öz yerini tutdu, amma zalda
oturanların dünya vecinә deyildi. Bir-biri ilә zarafatlaşır, çıxışları
vә mәruzәlәri lağa qoyub altdan-altdan gülürdülәr. Rәyasәt heyә-
tinin üzvlәrindәn biri, müdafiә sәnayesi üzrә MK-nın katibi, bir
qәdәr yöndәmsiz, arıq-quru, ucaboylu Oleq Baklanov iclasa
gecikmişdi. Baklanov fәrasәtli, bacarıqlı adam idi, amma siyasәt
alәminә tәsadüfәn gәlib düşmüşdü. Dәqiq formullar dünyasını
tәrk edib, ilğımlar vә fantasmaqoriya sәltәnәtinә gәlәn bu adam
yeni şәraitdә kloun tәsiri bağışlayırdı. O, kәrә yağına sancılan
ikimetrlik dirәyә oxşayırdı: zәrbә var, amma effekt yoxdur. İclasa
gecikәn Baklanov, kinoteatrda film nümayiş etdirilәrkәn әyilә-
әyilә yeriyәn adamlar sayağı, divarın dibiylә rәyasәt heyәtinә
doğru irәlilәmәyә başladı. Bu zaman toplaşanları yara-yara
keçmәli idi. Nә qәdәr qәribә dә olsa, bu dәfә xadimәlәr vә digәr
qulluqçular şöbә müdirlәri ilә yanaşı oturmuşdular. Doğrudur,
müdirlәrin lap yaxınlığında oturanlar, hәmişәki kimi katibәlәr
idi. Baklanovun kömәkçisi әlindә stul, xırda addımlarla rәhbәrin
arxasınca irәlilәyir, narahat etdiyi üçün başının işarәsiylә adamlardan
üzr istәyirdi. O dәqiqә hiss olunurdu ki, köhnә hәrbçilәrdәn
deyil, adi mirzәdir. Onların işi “ictimaiyyәtlә әlaqә qurmaq”,
yәni әvvәllәr texniki sahәlәrdә çalışmış üçüncü nәsil mәmurların
mötәdil, cazibәli obrazını yaratmaqdan ibarәt idi. Aydın mәsәlәdir,
270