Page 274 - pryaxin
P. 274
rgi Pryaxin

lissimus vә baş katib necә ikidibli olmaya bilәr?), ona görә dә
hamıdan “çox” içir, hamıdan az keflәnirdi. Kef mәclislәrindә
hamı “stoliçnaya” vә “russkaya” araqlarından içib kәlәfin ucunu
itirir, o isә sakitcә kәnardan müşahidә elәyirdi. Ailә başçıları,
xüsusәn dә qız ataları bazar axşamı avtobusa minmәyә gedәndә,
әlbәyaxa döyüşdәn çıxmış adamlara bәnzәyirdilәr.

Bizim “Varyaq” isә, bildiyimiz kimi, düşmәnә tәslim olmur,
heç kәs әfv dilәmir. Bәzi “şüurlu” vәtәndaşlar qonşu stolda otu-
ranlara yaxınlaşıb, öz kömәyini tәklif edir, onların qrafinini dә
boşaltmaq istәyirdilәr. İmtina cavabı aldıqdan sonra da ümidlәrini
itirmir, lәngәr vura-vura başqa stola yaxınlaşırdılar: düzdür,
qürurluyuq, amma hәm dә insansevәrik, insanların dәrdinә şәrik
olmaqdan zövq alırıq.

Sergeyin sahibәsi başqalarına oxşamırdı. Heç nәdәn qorxub-
çәkinmir. Alagözlü, bәstәboy qız sakit, mәsum baxışları ilә әn
qәzәbli vaxtlarında belә, onu sakitlәşdirmәyi bacarırdı. Uğursuz
adam olduğunu başa düşmәyә başlayanda isә kişilәrin hamısı
qәzәbli olur. Sergey hirslәnib özündәn çıxanda, әvvәlcә barmaqları
әsib-titrәmәyә başlayırdı. Sәsi yox (yağışdan sonra әtrafa yayılan
ozon qoxusu kimi sәsindәki gәrginlik artsa da), ruhu yox (bәlkә,
insan öz ruhunu göyәrçin kimi ovcunda, barmaqlarının ucunda
tutub-saxlayır?), mәhz barmaqları. Onun әsmәri әllәri hәssas
zond kimi idi, әtraf mühitin tәhlükәli titrәyişlәrini, tәhdidlәrini
dәrhal tutur, әsmәyә başlayırdı. Görünür, ryazanlı katibәsi, xәzәr
әsiri kimi, hәtta hәssas әllәrinin titrәyişinin dә qarşısını almağa
qadir idi. Qız onun üçün nәfәslik rolunu oynayırdı: mәhz hava –
oksigen vә digәr komponentlәr istәnilәn emosiyaları bircә anda
sakitlәşdirmәyә qadirdir.

Hirsindәn cilov gәmirdiyi әn ağır vaxtlarda belә, ördәkyerişli
katibә әlindә çay, içәri girәn kimi barmaqlarının titrәyişi azalır,
kәsilirdi.

Bu qızla tәsadüfәn tanış olmuşdu. Qaydalara görә, ona başqa
katibә tәhkim olunmuşdu: cavan, yaraşıqlı qız idi, gözlәri maral
gözünә oxşayırdı. Ali tәhsilliydi – Sov.İKP MK-da işlәyәn
katibәlәrin hamısı ali tәhsilli olmalıydı. MK katiblәrinin, şöbә
müdirlәrinin vә onların müavinlәrinin isә katibәlәri olmurdu –

274
   269   270   271   272   273   274   275   276   277   278   279