Page 271 - pryaxin
P. 271
Xəzər yuxuları

bu nәrmә-nazik, nәzakәtli kömәkçi, onun әlindәki stul vә qızarıb-
pörtmüş gәlәcәk prokuratorun özü dәrhal pıçıldaşanların lağ
obyektinә çevrildilәr.

Bir il sonra FRDK-nın tәrkibindә üzә çıxdı. Hәmişәki kimi
yöndәmsiz, qaşqabaqlı idi. Hiss olunurdu ki, siyasәtin tovlayıb
başdan çıxardığı adamlardandır. Bu dәfә böyük siyasәtin qurbanına
çevrilmişdi. Amma maşınqayırma nazirliyinin rәhbәri kimi onun
әvәzi yox idi: demәli, konkret işlәrlә mәşğul olan ağıllı, fәrasәtli
adamlar siyasәtә bulaşandan sonra buz üstә çıxmış inәyә bәnzәyirlәr.
Artıq nә siyasәtçi kimi siyasәtçi, nә dә işçi kimi işçi olurlar.
Olsa-olsa, onları tәcrübәsiz, naşı insanlara hökm edәn siyasәtbaz
adlandırmaq olar. İclas Liqaçovun iştirakı ilә keçirilirdi. Adәti
üzrә, rәyasәt heyәtindә, mәrkәzdә qәrarlaşmışdı. İclas qurtarandan
sonra suallara cavab verirdi. Suallar yazılı şәkildә verilmәliydi.
Hәr şey yaxşı gedirdi: Liqaçov düzünәqulu adam idi, yazılı da
olsa, suallara açıq, sәmimi cavablar vermәyә çalışırdı. Amma
sәn demә, Liqaçov da büdrәyә bilәrmiş.

– Әziz Yeqor Kuzmiç! – o, hәmişәki qaydada kağızı gözündәn
xeyli aralı tutub oxumağa başladı. – Siz әziz Mixail Sergeyeviçlә
birgә nә vaxtacan b..b.. – kәkәlәdi, amma axıracan oxudu, – boş-
boş işlәrlә mәşğul olacaqsınız? Әvvәllәr yemәk tapmırdıq, indi
araq da qәhәtә çıxıb…

Qәhqәhә sәslәri salonu başına götürdü. Hirslәnib özündәn
çıxmış Liqaçov alkoqol әleyhinә bütöv bir mühazirә oxumağa
hazırlaşırdı. Amma uğunub gedәn salona baxıb-baxıb, fikrini
dәyişdi vә özü dә gülmәyә başladı. Sonra yenidәn kağızı gözünün
önünә qaldırıb, imzanı oxudu:

– İvan Kojedub…
Bu dәfә gülüş sәslәrindәn zal lәrzәyә gәldi, gülmәkdәn
qarnını tutub, stulların arasına aşan kim, böyründәki cavan
katibәlәrin üstünә yıxılan kim…
– Şәrh lazımdır? – Liqaçov gülüş sәslәrini batırmaq üçün
ucadan sәslәndi.
Hamı bir ağızdan cavab verdi:
– Yo-o-ox!

271
   266   267   268   269   270   271   272   273   274   275   276