Page 272 - pryaxin
P. 272
rgi Pryaxin

Ertәsi gün Sergey veteranı yanına çağırdı. Danlamaq üçün:
tәbliğat şöbәsindә hamı bilirdi ki, “İvan Kojedub” veteranın gizli
lәqәbidir. Bu lәqәbi ilk dәfә dövriyyәyә buraxan adam, yәqin ki,
qocanın ilahi mәnşәyindәn xәbәrdar idi. Hәqiqi İvan Kojedub
artıq dünyasını dәyişmişdi, saxta nüsxә isә indi kәdәrli görkәm
alıb Sergeyin qarşısında oturmuşdu.

– Yevgeni Alekseyeviç, hәyatından bezmisәn?
– Aha, – qoca kәdәrli, kül rәnginә çalan solğun gözlәrini
onun üzünә zillәdi.
Bir il әvvәl qocanın oğlunu Kiyevdә öldürmüşdülәr, o vaxtdan
bәri bәzәn yol gedәrkәn, hәtta velosiped sürәrkәn, birdәn-birә
hissizlәşir, ölgünlәşir, sanki somnambul vәziyyәtinә düşürdü.
Belә vaxtlarda adam onunla danışmaqdan, ona toxunmaqdan
qorxurdu: nә olar, nә olmaz!
– Yaxşı, get, – Sergey dişi ağrıyırmış kimi әlini çәnәsinә
dayayıb, yavaş sәslә dedi.
Qoca isә oturduğu yerdәn tәrpәnmәdi. On dәqiqәyә qәdәr
oturub, belәcә bir-birinә baxdılar: qoca sanki onun üzünә yox,
hansısa mәchul bir nöqtәyә zillәnmişdi, Sergey dә, öz növbәsindә,
qocaya baxmaq әvәzinә, kәdәrli bir mәnzәrәni seyr edirdi.
Sonra qoca sakitcә ayağa qalxıb otaqdan çıxdı. Qapını arxa-
sınca elә yavaşcadan örtdü ki, elә bil xәstәnin yanından çıxırdı.
Әslindә düz deyirdi: artıq burada iki xәstә vardı.
Qroznıda araşdırma aparmaq üçün Sergey mәhz bu qocanı
göndәrdi. Qoca yalan danışan deyil, zәiflik göstәrmәz.

***

Veteran Qroznıdan on gün sonra qayıtdı.
– Xoş gәlmisәn, Yevgeni Alekseyeviç, – Sergey onu qucaqladı, –
danış görәk.
– Nә danışım, vәziyyәt yaxşı deyil, Seryoja, – “İvan Kojedub”un
sifәti tutuldu.

272
   267   268   269   270   271   272   273   274   275   276   277