Page 273 - pryaxin
P. 273
Xəzər yuxuları

– Nә olub ki?
– Uzun söhbәtdir. Orada işlәri qarışdıran nәşriyyatın baş
redaktorudur. Yoldaş başa düşmәk istәmir. Düşmәn dәyirmanına
su tökmәklә mәşğuldur: müәlliflәri hәvәslәndirәn, öz ideyalarını
onların beyninә yeridәn odur. Çap etdiyi kitabları camaatın
arasında yayır. Özü dә әmәllәrindәn әl çәkmәk fikrindә deyil, –
Yevgeni Alekseyeviç bir qәdәr fasilә verib fikirli-fikirli dedi…
– Çay gәtir, – selektorun düymәsini basıb katibәyә sәslәndi, –
yanıma heç kәsi buraxma.
Çay vә qoğal gәtirdilәr. Kimi çaysız ötüşür, kimiyә çayı
şәkәrlә verirlәr, bәzilәrinә isә dişlәrin arasında xırçıldayan,
lәzzәtli, hamının xoşladığı qoğal tәklif edirlәr – deyәsәn, çayın
yanında mәmurlara verilәn qoğalların sayı da hәlә Stalin
vaxtlarından müәyyәnlәşdirilmişdi.
Sergey “yaxın”, “uzaq” bağ evlәrindә baş katiblәrin mәruzәsi
üzәrindә baş sındıran, tәr tökәn yaşlı mirzәlәrlә çox görüşmüşdü.
Onlar danışırdılar ki, ölkәdә yalnız bir istirahәt gününün olduğu
köhnә vaxtlarda, hәr şәnbә günü, saat dörd radәlәrindә Köhnә
meydana avtobuslar gәlir, MK işçilәrini ailәlәri ilә birlikdә
birgünlük istirahәt evinә aparırdılar. Hәr hәftә tәkrarlanan bu ri-
tualda qeyri-adi heç nә yox idi. Amma kiçik bir tәfәrrüat Sergeyin
yadından çıxmırdı: istirahәt evindә hәr stolun üstünә ikilitrlik
araq qrafinlәri qoyurdular – Baş katib vә generalissimusdan
hәdiyyә olaraq. Stol arxasında oturanlar, ümumiyyәtlә, dilinә
içki vurmayan (müftә olsa da) adamlar vә ya uşaqlar vә qadınlar
da ola bilәrdi. Belә incәliklәrә fikir verәn yox idi, hamının
stolunun üstünә araq qoyulurdu.
Әn tәәccüblüsü isә bu deyildi. Ertәsi gün evә getmәk vaxtı
gәlәndә mәlum olurdu ki, istisnasız olaraq, araq qrafinlәrinin
hamısı boşalıb. Axıracan! Axı baş katib vә generalissimus hәr
yerdә, hamıya göz qoyur. Allah elәmәmiş, birdәn şübhәyә düşәr,
fikirlәşәr ki, aramıza casus, düşmәn xәfiyyәsi sızıb! Әsasәn
kimdәn şübhәlәnirlәr? Dilinә içki vurmayanlardan vә dindarlar-
dan… Üzvlәr vә namizәdlәr Stalinin bağ evindә “xvançkara” vә
“kindzmarauli”ni su kimi içirdilәr. Stalinin öz stәkanı, mәlum
olduğu kimi, başqalarınınkından fәrqli idi, iki dibi vardı (genera-

273
   268   269   270   271   272   273   274   275   276   277   278