Page 276 - pryaxin
P. 276
rgi Pryaxin

qalın kitaba baxır, sözlәri tutuşdururdu. Ojeqovun kitabı idi.
İlahi! İndiyәcәn onun xәttini oxumaq üçün bu qәdәr sәy göstәrәn
adam görmәmişdi. Elә bil qadın Bibliyanı oxumağa, başa düşmәyә
çalışırdı. Vaxtına vә kağıza qәnaәt elәmәyә çalışan Sergey sözlәri
axıra kimi yazmırdı, sәhifәlәr qısaldılmış kәlmәlәrlә dolu idi.
Qadın min bir әziyyәtlә sözlәrin mәnasını tapanda sevincindәn
әlini-әlinә sürtür, yerindә qurcuxurdu. Onu başa düşmәk olardı,
әvvәlki işindә iki dәfә az maaş alırdı.

Sergey iyirmi-otuz saniyә sәssizcә dayanıb, ona tamaşa elәdi
vә kirimişcә otağa keçdi. Üç hәftә sonra katibliyin rәisi ona
deyәndә ki, xәstәlәnәn qız sabahdan işә çıxacaq, Sergey etiraz
etdi:

– Bilirsiniz, bu katibәdәn razıyam, başqası lazım deyil.
Kişi tәәccüblәndi: Sergey doğrudanmı onların arasındakı
forma vә mәzmun fәrqini başa düşmür?
– Olmaz. Ali tәhsilli deyil...
– Nә olsun? Hәlә gec deyil, oxuyar, – Sergey qәbul otağındakı
mәnzәrәni göz önünә gәtirib, әminliklә bәyan etdi.
– Necә istәyirsiniz, – katib çiyinlәrini çәkdi. – Ona da yer
taparıq: әvvәlki katibәniz kimi peşәkarlar azdır.
– Bu da pis deyil, – Sergey gülümsündü. Qәbul otağında
şahidi olduğu mәnzәrә gözünün önündәn getmirdi.
Belәcә, qadın Sergeyin yanında qaldı, Sergey Qorbaçovun
kömәkçisi olandan sonra birlikdә Kremlә köçdülәr. Doxsan
birinci ildә isә ikisini dә Kremldәn yola saldılar. Yenә birlikdә.

***

…Katibә çay stәkanlarını stolun üstünә qoyub çıxdı, Sergey
ona tapşırdı ki, yanına heç kәsi buraxmasın.

Çaya konyak әlavә elәdi. Qocayla birlikdә bir saata qәdәr
oturub baş sındırdılar: millәtçi naşirin mәsәlәsini nә yerә qoyaq?
Sergey özününkülәri hәmişә qorumağa çalışmışdı, bu millәtçi

276
   271   272   273   274   275   276   277   278   279   280   281