Page 279 - pryaxin
P. 279
Xəzər yuxuları

“Faktı i povodı” jurnalının redaktoruna gәlincә… Sergey
nәşriyyat işlәri ilә bağlı onun qәbul otağına dәfәlәrlә zәng elәsә
dә, vaxt tapıb danışmadı. Neylәmәk olar: bu zaman o, artıq
milyonçu idi. Deyәsәn, maaşının ikiqat artırılmasından vaxtında
imtina etmişdi.

Belә baxanda, adama qәribә gәlir: sovet vaxtı, mәtbuatın әn
qüdrәtli zamanlarında bu sahәdә fәaliyyәt göstәrәn, bir nәfәr dә
olsun, milyonçu yox idi. Yәqin, redaktorların әmәyi yaxşı
qiymәtlәndirilmirmiş…

Sergey dilemma qarşısında qalmışdı: bu dәfә öz әllәri ilә
“özününkü”nün başını üzmәli idi. Oraya ezam etdiyi adama
inanmamaq üçün әsası yox idi, hәm dә qocanın başını üzmәli
deyildi ki…

Qafqaz yavaş-yavaş od-alova bürünürdü. Sergeyin özü
Ermәnistandan yenicә qayıtmışdı. O, tәlәsmәdәn, sözlәri seçә-
seçә Çeçen-İnquş vilayәtinin Partiya Komitәsinә mәktub diktә
elәdi. Qoca sakitcә oturub onun dediklәrini yazırdı.

Mәktub partya komitәsinә çatan kimi, Vahidin barәsindә ölçü
götürüldü: onu partiyadan da, işdәn dә çıxardılar.

***

Doxsanıncı illәrin sonu idi, bir dәfә katibә Sergeyin kabinetinә
girib mәlumat verdi:

– Burada bir nәfәr sizinlә görüşmәk istәyir.
– Kimdir? – Sergey dalğın halda soruşdu.
– İş burasındadır ki, kim olduğunu demir, – hәyәcanlı katibә
duruxdu.
Bu haradan çıxdı? Adını gizli saxlayan adamın onunla nә işi
ola bilәr?
– Normal adamdır?
– Normal adama oxşayır.

279
   274   275   276   277   278   279   280   281   282   283   284