Page 282 - pryaxin
P. 282
rgi Pryaxin

leqallaşdıran ideyaları dәrhal mәnimsәyir. Bu zaman әn primitiv
instinktlәr daha yayğın olur.

Bir dәfә Vahid gördü ki, rus qarısını öz mәnzilindәn çölә
atırlar – görünür, bu mәnzilә kiminsә gözü düşmüşdü. Qarıya
qahmar çıxmaq istәdi, lakin sifәtinә yumruq ilişdirib oradan
uzaqlaşdırdılar.

– Neylәyirsәn, әclaf, bilirsәn mәn kimәm? – hirsindәn әsib-
titrәyәn Vahid ağzının qanını silә-silә bağırdı.

– Bilirәm! – Ona yumruq vuran adam sakitcә cavab verdi vә
bu ritorik sualın cavabına daha bir yumruq da әlavә elәdi.

Әlbәttә bilirdi: çeçen evlәrinin yarısında onun generalla birgә
şәkillәri asılmışdı.

Xalq devirilәn kumirlәri qana bulayır. Başçıları devirәndә
isә özü qana bәlәnir.

Günahsız insanların sel kimi axan qanını görüncә, Sergey
sanki yuxudan ayıldı – әtrafda hәr şey orta әsrlәr dövrünü
xatırladırdı. Avropanın taun xәstәliyi әleyhinә apardığı mübarizәnin,
peyvәndlәrin heç bir nәticәsi olmamışdı.

İdeyalarının maddilәşdiyini öz gözlәri ilә görәn idealistlәrdәn
bәdbәxt insanlar yoxdur. Bundan sonra idealist olaraq qalmaq
çox çәtindir.

Onlar dәrhal materialistlәrә çevrilir, bәzәn dә cәmiyyәtdәn
tәcrid olunur, “dönüklәşirlәr.”

Vahidin sәbrini daşıran son damla bir keçmiş nәşriyyat eks-
peditorunun televiziyada çıxış etmәsi oldu: artıq müstәqil
İçkeriyanın vitse-prezidenti rolunda çıxış edәn bu adam onun
ünvanına xeyli tәhqiramiz ifadәlәr işlәtdi, “pasifist” fәaliyyәtinә
görә uşaq kimi qarşısına qoyub danladı. Ertәsi gün köhnә qayda
üzrә prezidentdәn әvvәl çıxış edәn Vahid çoxlarının xoşuna gәl-
mәyәn fikirlәr söylәdi. Dedi ki, çeçenlәr, nәhayәt, sakitlәşmәli,
ağlını başına yığmalı, gәlәcәk hәyatı barәdә fikirlәşmәlidir: biz
artıq Stalin zülmünü görmüşük, başqa bir Stalin yaratmağa
ehtiyac yoxdur. Yanlış fikirlәrin enerjisi deyilәn bir şey var, onun
özünün dә günahı az deyil, amma insanların yanlış fikirlәrini
әbәdi istismar etmәk olmaz – heç Mussolini kimi istedadlı adam

282
   277   278   279   280   281   282   283   284   285   286   287