Page 286 - pryaxin
P. 286
rgi Pryaxin
Sәn demә, bütün bu illәr әrzindә Voronini unutmayıbmış, әn
azından, ona görә ki, bu adam tәkcә zahiri deyil, hәm dә Sergeyin
özünә aid başqa bir alәmi, onun mәhrәm dünyasını tәcәssüm et-
dirirdi.
Lap әvvәlki, köhnә Voroninlә bu dünyada yaşamaq daha
rahat idi. Sanki Sergeyin özü dә, müәyyәn mәnada, geri qayıtmışdı.
Aydın idi ki, mәhz Musanın sayәsindә Voronin hәyata dönmüşdü.
Sergey Volqoqrada birgә sәyahәt etmәk tәklifindәn elә buna görә
imtina edә bilmәmişdi.
Aydın mәsәlәdir ki, tәkcә çay süfrәsi ilә kifayәtlәnmәdilәr.
Uzun sürәn birgә müzakirәlәrdәn sonra qәrar verildi: bank
nәşriyyatdan әlli min nüsxә kitab alacaq. Nağdsız. Nәşriyyat bu
kitabları, Çeçenistan da daxil olmaqla, bütün Şimali Qafqazın
yoxsul kitabxanalarına paylayacaq. “Oxuyan Qafqaz” – әmәliyyata
bu cür dәbdәdәli ad qoydular. Budyonnovsk üçün nәzәrdә tutulmuş
kitabları Musayla birgә apardılar.
Musayla Budyonnovskda gәzib-dolaşarkәn arxadan (daş
atmasınlar deyә) ona göz qoyurdu: kim nә deyirsә desin, bu
çeçenlәr maraqlı adamlardır. Musanın oturuşuna-duruşuna,
әdalarına baxanda, istәr-istәmәz, o da qәdd-qamәtini düzәltmәyә
çalışırdı… Voroninin qısa zamanda dәyişilmәsi, özünә gәlmәsi
tәsadüfi deyildi.
Dedilәr – elәdilәr.
Qafqazın mәnәvi dünyasını zәnginlәşdirәrkәn nәşriyyatı da
yaddan çıxarmadılar. Nәşriyyatın maddi vәziyyәti yaxşılaşdı –
indiyәcәn onlara bu qәdәr kitab sifariş elәyәn olmamışdı.
Necә getmәyә bilәrdi?
286