Page 289 - pryaxin
P. 289
Xəzər yuxuları

“Bәdәn cәzasını” mәmnunluqla çәkib, malaxit mücrü kimi
kafellә bәzәnmiş vanna otağından sivişәrәk, çarpayının önündә
bir anlığa ayaq saxladı: geyinmәk lazımdı, axı camaat dincini al-
madan dәrhal dәzgah, yәni stol arxasına keçib onu gözlәyirdi,
iştahası da qalxmağa başlamışdı, elә bil su çilәyib yuxudan
oyatmışdılar. Ancaq nişastalı tәmiz mәlәfәlәr, yumşaq balış qalib
gәldi. Beşcә dәqiqә! – Sergey yuxu üçün özünә vaxt ayırıb
nişastalı yatağa atıldı.

Yuxuya getmәk adәtәn çәtin olur, sanki hәyatın burulğanından
çıxıb ölümün xoşbәxt ağuşuna atılırsan. Ancaq gözünü yummağa
bәnd imiş.

Dәrhal da yuxu gördü.
Evlәrinin mәtbәxindә oturublar. Demәk olar, bütün ailә
toplaşıb. Bayram günü deyil – süfrәdә xüsusi bir şey yoxdu –
ancaq Pasxa әrәfәsindә olduğu kimi, hamının ovqatı yaxşıdı.
Gülürlәr, çay içirlәr, çörәk yeyirlәr, bir-birinә mehribancasına
sataşırlar.
Onlarla bir yerdә ilan da yemәk yeyir.
Çox iri, soyuq-soyuq parıldıyan, qara yox, zil qara. Metr
yarım uzunluğunda, kişi bilәyi yoğunluqda. Kök deyil, әrköyünlük,
naz-nemәt mücәssәmәsidi: Kustodiyevin çәkdiyi tacir arvadı
uzanıqlı vәziyyәtdә. “Şümal”, bir az kobud desәk – “şişman”:
özünә heyranlıqla әzilib-büzülәn bu qәşәng köklüyün sadә xalq
dilindә dәqiq ifadәsi bax belәdi.
Qәşәng amerikalı qadının dolu baldırları, Kennediyә qәsd
mәqamında Katayevin gözündәn qaçmamışdı. Jaklin axı hündürdә
dayanmışdı, ilk anda әri ilә birlikdә yıxılan qadını qarışıqlıqda
limuzindәn düşürәndә baldırları krujevanın altından ötәri görün-
müşdü.
İlan da brabant işlәmәsi kimi bәzәkli idi.
Ancaq o, heç dә bir yerdә dayanmır! Podiumdakı qadın kimi
utanmazcasına stolun üstündә qıvrılır, ancaq heç kimә, heç nәyә –
başları söhbәtә qarışan uşaqlara, böyüklәrә, süfrәdәki qab-qacağa
toxunmamağa çalışır. Yaltaqlanır, mehribanlıq elәyir; buradakılar
özününküdü, cins ev pişiyi belәdi – tükünü tәrsinә sığallayana
qәdәr. Özününkü! – kirpiksiz әqiq rәngli gözlәriylә bir anda

289
   284   285   286   287   288   289   290   291   292   293   294