Page 288 - pryaxin
P. 288
rgi Pryaxin

görüb düşündü: bu bәrәkәtli torpaqlar tәkcә nefçilәr üçün doğma
deyil: bu çöllük әrazilәr vә dәvәtikanları ona Nikolanı xatırladırdı.
Nikolaya qәdәr uzanıb gedәn dәrәli-tәpәli düzәngaha baxanda
ürәyi sızıldadı. Xoş gәlmisәn...

Gündoğana doğru Çinә qәdәr Nikola, Nikola, Nikoladı. Dana
dәrisindә qum dәmrovları...

Hündür, gilli sahildә birmәrtәbәli tәptәzә uzunsov ev ucalırdı.
Yaşıl üzlük çәkilmiş evin әtrafına әkilәn qızılgüllәr göz oxşayırdı.
Maral buynuzu kimi qısa qızılgül kollarının bu il yazda, gündәn
yanmış çölә yağlı perqament örtükdә öz peyinli torpağı ilә
gәtirilib әkildiyi hiss olunurdu (bu torpaq elә yağdan da baha
olacaqdı).

Sanki mozaik naxışlardan qurulmuş, başqa dünyanın bayrağı
kimi qürub günәşindә parıldayan ovçu-balıqçı evinin özü dә bu
çılpaq yerlәrә yad olan üzlüyü, dәmir kirәmiti, su borusu, unitazı
ilә, elә bil burada tikilmәmişdi, hardansa kәnardan gәtirilmişdi.

Hәlә unitaz nәdir ki? – Öz gilli әsgәr sәngәrlәrinә sığınan
qızılgüllәrin arasında, onların yadelli tәkәbbürünә sığal çәkәn
fәvvarә yuxarıdan-aşağı sәxavәtlә su çilәyirdi. Damcıların altında
qızılgüllәr tәravәtli lәçәklәrini parıldadaraq çimir, al-әlvan
rübәndlәrin içindәn xumar-xumar baxırdılar. Hәştәrxanın әldәn-
ayaqdan uzaq yerindә bunun Baxçasaray fәvvarәsindәn nәyi
әskikdi ki?

Hәr şey sәliqәliydi, tәmirdәn sonra elә bil indicә sellofandan
çıxarmışdın. Bu mәnada bağ evi sanki Nәcibin bәrq vuran yelkәnli
yaxtasının uzaq qohumu idi; Volqanın indicә gördüklәri baxımsız
sahillәri, kiçik, uçuq-sökük evlәr ilә müqayisәdә fәrq çox böyükdü.

Sergeyi Viktorla onun üçün ayrılan fligelә ötürdülәr. İki
çarpayı, sanitariya qovşağı, şkaf, yazı stolu – aydındı, xalqın
nümayәndәlәri bura yalnız “yuxarılara” arayış yazmaq üçün
gәlirlәr. Sergey xahiş etdi ki, onu bir neçә dәqiqәliyә tәk qoysunlar.
Oğlan getdi. Sergey soyunub duşun altına girdi. Gün әrzindә
borularda qızdığından әvvәlcә qaynar su fışqırdı, sonra onu
Volqanın dәrinliyindәn, ya yerin tәkindәn gәlәn soyuq su әvәzlәdi.
Sergey hoppanır, tullanıb-düşür, inildәyirdi: onun çılpaq bәdәni
insan әlinin yaratdığı çöl leysanının altında cana gәlirdi.

Kefliliyi getmişdi.

288
   283   284   285   286   287   288   289   290   291   292   293