Page 291 - pryaxin
P. 291
Xəzər yuxuları

öz qanını görәcәyindәn qorxa-qorxa әlini işığa tutub diqqәtlә
baxdı. Heç nә yoxdu. Ancaq sәrinlik qalıb! Nәsә içinә әsir,
titrәyir. Vә ürәyi bәrk-bәrk vurur – o, elә ürәyinin çırpıntısına
ayılmışdı. Yuxuya bir bax! Bu nә demәkdi? Nәdәn xәbәr verir?

***

Sergey, ümumiyyәtlә, ilanlara pis münasibәt bәslәmir.
Onlara nifrәt elәmir. Bәşәriyyәt, mәlum olduğu kimi, ilan
bürcündә yaranmasa da, hәr halda, bu bürc altında artıb çoxalıb.
Sergeyin taleyindә isә, hәtta lap tez – körpәliyindә peyda olub.
Hәlә hәddi-büluğa çatmamış. Ailәdә bir әfsanә yaşayırdı; – bu
әfsanә dә ilan kimi qәdimdәn bәri onların evinin kandarında
qıvrılıb mürgülәyirdi, – payız günlәrinin birindә rus sobasını
yandırmaq üçün anası daxmaya bir bağlama saman gәtirәndә,
samanla bir yerdә gürzә dә gәtirir; görünür, ot tayasına qışlamaq
üçün giribmiş. Samanı sobanın yanında döşәmәyә qoyub başqa
bir iş üçün bayıra çıxır. Fikirlәşirmiş ki, tez qayıdar, ancaq qonaq
gәlәn xalası qızı Lidya ilә qarşılaşır, başları söhbәtә qarışır vә
evә gec qayıdırlar.
Hәlә qızdırılmamış daxmada kiçik tabuta oxşayan beşik
asılıbmış, bәlәyә bürünәn çağa da onun içindә ağzını açıb şirin-
şirin yatırmış.
İlan beşiyә necә çıxıb? Görünür, beşiyin qarşısındakı stulun
sayәsindә – anası bu stulda oturub beşiyi yırğalayır, elә burda da
ilıq südlә dolu döşünü çıxarıb çağanı әmizdirirdi.
Soyuqdan evә qayıdanda quruyub qalırlar: ilan çağanın
sinәsindә oturub, uzunsov başını onun ağzına tuşlayıb. Nәfәsinә
qulaq asır? Sağdı, yoxsa qorxudan artıq... Bәlkә, yalnız özünün
eşitdiyi sәslәri dinlәyir? Yoxsa axır ki, özünә münasib yuva tapıb
vә qışlamaq üçün isti, süd qoxulu yuvaya girmәk istәyir?
Yәqin, fәrsiz ilandı – noyabr ayı idi, o isә hәlә dә özünә yuva
tapmamışdı, vur-tut ot tayasına soxulmağı bacarmışdı. Ya da әfi
ilan – taledi, kiminsә ölümüdü: axı yayda adamçalan ilanı payızda

291
   286   287   288   289   290   291   292   293   294   295   296