Page 293 - pryaxin
P. 293
Xəzər yuxuları
özlәrinә tәsәlli verirlәr. Maraqlıdı, bәs bәdbin-fatalistlәr nә ilә
tәsәlli tapırlar?
Qapı döyüldü.
– Gәlin!
Hә, o isә qapını döymәmiş gәlmişdi – birinci vә xüsusilә dә
ikinci dәfә. İşvәkar xanımdı.
Onu bura ötürәn otuz yaşlarında hәmin oğlandı: gicgahlarını
qırxdırıb qara kәkil saxlamışdı, bilmәk olmurdu, müasir dәbdә
qaraçısayaq burdurmuşdu, ya saçının qıvrımlığı anadangәlmәdi;
gözlәri isә o qәdәr qara idi, onlarda özgәdәn çox, öz qәlbini
görәrdin.
– Orda gözlәyirlәr, – astadan dedi.
– Bu saat.
Sergey gicgahlarını bir dә bәrk-bәrk sıxıb ayağa durdu.
– İndi gәlirәm.
Oğlan qapıya söykәnib ona açıq-aşkar mәrhәmәtlә baxırdı.
Yәqin, Volqaqraddan Tmutarakana çatana kimi nә qәdәr içdiklәrini
hesablayırdı.
***
Fәnәrlәr onları birbaş talvara aparıb çıxardı. Elektrik lampaları
ilә bәzәdildiyindәn, talvar padşah sarayı kimi bәrq vururdu, onun
qara sularda әksi isә daha tәmtәraqlı görünürdü vә hәr şey sanki
sahildәn uzaqlaşmağa can atırdı, ancaq bu gözәlliyә bәzәk vuran,
pıçıldaşan, işıldayan suların özü gerçәklikdәn ayrılmaq gücündә
deyildi.
Hә, әlbәttә, sәbirsizliklә gözlәyirdilәr – padşah sarayından
әsl fәhlә-kәndli mahnıları yüksәlirdi:
Gedir sahil boyunca,
Uzaqdan gələn dəstə.
Gedir öndə komandir –
Al bayraq başı üstdə...
Aydındı. Tarixi sәbәblәrә görә elә dә geniş olmayan ağqvardiyaçı
repertuar qurtaranda, tükәnmәz doğma mahnılara keçirik:
293