Page 296 - pryaxin
P. 296
rgi Pryaxin

sağılan camış südü qarışdırılırdı. Hәtta әn yaşlı – iyirmi-iyirmi
beş yaşlı әsilzadә gözәllәr dә uzunsov döşlәrini ehmalca әllәri ilә
tutub hәmin suya girir, köpüklü suda xumarlanıb, tәzәdәn gül
kimi açırdılar. Ancaq bu pıçıltılar xaqanın qulağına, tәbii ki,
gedib çatmırdı. Ümumiyyәtlә, demәk olar, heç kimin qulağına
çatmırdı. Onu öz hülqumlarında saxlayırdılar, ancaq hәr biri
başqasının da hülqumunda eyni şeyin olduğunu güman edirdi:
eşidilmәyәn, ancaq duyulan, hiss edilәn pıçıltılar belәcә baş alıb
gedirdi.

Bunu xaqan da bilirdi. O, bu qorxulu, tәhlükәlәrlә dolu
hәyatın – adamın bәdәni ürpәşir – әtrafındakıların tәәccübünә
rәğmәn, çox üzünә bәlәddi. Yasovul fәrasәtli idi – bir vaxtlar
Xәzәr sahillәri olan bu yerlәrdә sonralar yaranan bir qәdim rus
mahnısında deyilәcәkdi: “mәnim yuxumu yoza bildi”. Xaqan,
hәqiqәtәn, başqalarının gizli istәklәri kimi, yuxuları da yozmağı
bacarırdı. Ancaq nә vaxtdı, hәtta әn yaxın satrapları da ona etibar
elәmir, yuxularını yozmaq üçün müraciәt etmirdilәr. Mәsәlә onda
idi ki, xaqanı yuxuda görәnlәr yaxın vaxt әrzindә mütlәq ondan
xәbәr alırdılar. Vә bu xәbәr çox zaman ağır әsgәr çәkmәlәri ilә
gәlirdi. Mәxfi keşikçilәr, silahlı mühafizә dәstәsi yuxugörәnin
evinә nәhs yuxunun izi ilә gәlirdi. Daha doğrusu, yuxuya girmiş
xaqanın dabanbasma ardınca peyda olurdular. Bu ikili qarabas-
manın nәticәsi adәtәn mal-mülkün müsadirәsi vә Asiyaya, ya da
Qara dәniz әtrafına sürgün olurdu. Bu sәbәbdәn xaqanın vassalları
onu sevsәlәr dә, ona sitayiş etsәlәr dә, yuxuda görmәmәyә
çalışırdılar. Xaqan kimin yuxusuna girdiyini dәqiq bilirdi: kim ki
vәzifәsinә, ya xasiyyәtinә görә vergidәn yayınmışdı, kimin ki әli
bәrkdi vә heç olmasa, bir dәfә, hәtta ürәyindәn nәsә pis bir şey
keçirmişdi.

Bu iki әlamәtә görә istәnilәn әyanının yuxusuna istәnilәn
vaxtda gәlә bilәrdi.

Bircә qadınlar üçün istisna elәyirdi. Әrli gözәl qadınlardan
hansınınsa yuxusuna girirdisә – әrdә olanlara üstünlük verirdi –
bu, xeyirә idi. Oxu: uşaqların atasının, qanuni әrin vәzifәsinin
böyüdülmәsi vә onun ucqar uluslardan birindәki idarәyә, ya

296
   291   292   293   294   295   296   297   298   299   300   301