Page 299 - pryaxin
P. 299
Xəzər yuxuları
keçdikcә oranı ovub, özlәrinә ilan yuvası düzәltdilәr. Әbәdi
Xәzәr ölkәsinin ömrü nisbәtәn qısa oldu. Nәsillәr nәsillәri әvәz
elәyәndәn sonra Xәzәr ölkәsini özünә qatmış daha bir imperiyanın
ömrü qısa olacaqdı. Karaimlәr hәmin o biclәr vә yeniçәrilәr:
qәdim sikkәlәrdәki tәsirli profillәri gözlәnilmәdәn indiki biçimsiz,
sürtük, çirkli mis pulların arasında peyda olan bu sıxışdırılan,
sәrgәrdan, qanları qarışıq qövm haqqında әfsanәlәrdәn biri belә
idi. Karaimlәr ta qәdimdәn sürgün hәyatı yaşamış keşikçilәrdi:
Böyük Litva knyazı mәhz onları dünyanın o başından – Qara
dәniz әtrafından çıxarıb Baltikaya gәtirmişdi ki, özünә әn
döyüşkәn, sadiq keşikçi dәstәsi yaratsın, qәrargahına – qәsrdәn
çox nağıllar alәmini xatırladan, döyüşdәn çox yaşamaq üçün
olan, knyazlardan çox knyaz qızlarına yarayan misilsiz Trakay
qәsrinә canlı qalxan elәsin. Belә qәsrdә gәlin kimi xoşbәxt
olacağın günü gözlәmәliydin, ya da xoşbәxt olmalıydın... Xaqana
xoşbәxtlik qismәt olmamışdı, ancaq peşәkar ovçubaşı idi vә öz
yolunu tәkbaşına seçirdi.
Eyş-işrәtlә ötәn yaydan sonra çöllәrә, seyrәk meşәlәrә
gedirdilәr, öz ot beşiyindә şәffaf buludlara layla çalan sakit, lal
axan slavyan çaylarını atla keçirdilәr. Meşәlәr sıxlaşdıqca, xaqan
daha tez-tez yorğa atlarına minirdi vә keşikçilәr dә bir o qәdәr
diqqәtli olurdular.
Tonqalların vә qalxanların ikiqat cәrgәsi gecәlәr xaqanın
düşәrgәsini dövrәlәyir vә iki cüt qırış qarabuğdayı, batıq alnında
düyünlәnirdi. Görünmәyәn, sәssiz-sәmirsiz sәyyar sәrhәd
qarovulxanaları onu bir-birinә, şimal-şәrqә doğru ötürürdü.
Hökmdar ülgüc üstündә yeriyirdi: sol tәrәfdә kasıb vә ya varlı
olmasından asılı olmayaraq, hәmişә qorxunc vә qәzәbli (varlı
olanda daha qәzәbli idi) rus yerindә qurcuxa-qurcuxa donquldanırdı.
Xaqan keşikçi dәstәlәrini, möhkәmlәndirilmiş gizli postları, öz
paytaxtı ilә әlaqәlәri yoxlayırdı. Xәzәr ölkәsini mәhv edәn knyaz
Svyatoslavın o vaxt heç adı-sorağı da yox idi. Vә illәr keçәndәn
sonra, әslindә hәmin vaxt heç kimin müdafiә etmәdiyi Xәzәr
xaqanlığının üstünә buradan getmәyәcәkdi. Çünki әli silah tuta
bilәn adamlar artıq öz vәtәnlәrini analıq, özlәrini isә әsgәr yox,
onlara get-gedә yad olan, cah-calal içindә üzәn, әtalәt basmış
299