Page 302 - pryaxin
P. 302
rgi Pryaxin
sanki öpüş üçün qabağa verib şirin-şirin әsnәdi. Qarağat kolu ilә
döşәnmiş beşikdәn qara gözlәr tәbәssümlә xaqana baxırdı.
– Sәnin nәyin düşür?
– Nәticәmdi.
Xaqan körpәni lap diqqәtlә süzdü.
– Mәnim әllәrim hәlә qana batmayıb. Hәyatım boyu hәlә heç
kimi öldürmәmişәm, – elә bil sözlәri qarıya yox, körpә qıza dedi.
– Sәnin әllәrin pul qoxuyur. Böyük pullar, – qarı bir az
duruxub cavab verdi.
– Bax bu, başqa mәsәlә! – Xaqan körpәnin yuxudan allanmış
hәr yanağına bir qızıl sikkә qoydu. – Bax bu, başqa mәsәlә, qarı!
– Georgi Pobedonoseç kimi gözlәrini nәşә ilә parıldadıb tәkrar
elәdi. – Suya görә sağ ol, ölmәyә qoymadın.
Vә tezcә qapıya tәrәf getdi. Morşansklı qarı çarәsiz halda
susdu.
Sarıqaladan çıxdıqları üçüncü hәftәnin sonunda Volqaboyu
xalqlarının burnunun altından ehtiyatla sivişib, daha çox, ekspedisiya
korpusunu xatırladan güclәndirilmiş silahlı mühafizә dәstәsi ilә
Bulqar çarlığının әrazisindәn keçәrәk Volqa sahillәrinә çıxdı.
Ana Volqa!
Çaydan әsәn külәyin sığal çәkdiyi doğma sahildә bir xeyli
dayanıb günün altında bәrq vuraraq sakitcә axan sulara baxdı vә
ona qәribә gәldi ki, hәtta yadlar bu böyük çayı öz doğması hesab
elәyir. Ondan arxada qoşun düşәrgәsi uğuldayır, körpünün yanında
isә artıq üçüncü gündü şәrtlәşdiklәri yerdә çayların, torpaqların
vә dәnizlәrin hökmdarını İtilin taxt-tacına oturtmaq üçün gözlәyәn
möhtәşәm gәmilәr sakitcә yırğalanırdı.
***
Yenә telefon zәng çaldı – daha bir xalamı tәpәdәki qәbiristanlığa
aparıblar. Oraya әlli birinci ilin yazında, günah işlәtdiyinә görә
cәnnәtdәn qovulmuş, ya da mәnim kәndçilәrimin ruhunu aparmağa
hazırlaşan parlaq qanadlı aeroplan yan almışdı. Xoşbәxtlikdәn,
302