Page 307 - pryaxin
P. 307
Xəzər yuxuları

olmasa, “quyruğunu” bizә göstәrsin ki, bu yöndәmsiz, quru,
bürüşük quyruğa görә möcüzәni tәsәvvür elәyә, yarada, hәtta
möcüzәnin özünü bütün parlaqlığı, әzәmәti ilә hәyata keçirә
bilәk.

Olan o idi ki, hәyәtimizә yad adam gәlmişdi. Biz ayrı
yaşayırdıq vә böyük yolların tör-töküntüsü, çayların sahilә vurub
çıxartdığı zir-zibil kimi bizә çox vaxt üzü üzlәr görәn adamlar
qonaq olardı. Onlar әlli üçüncü ildәn sonra daha çox gәlirdilәr:
yolların, doğrudan da, çay kimi ağzı açılmışdı. Hәrdәn, hәtta
gecәnin yarısı qapını döyürdülәr: xeyirxah adamlar, gecәlәmәyә
yer verin, qalaq. Anam kişilәrdәn qorxurdu, gecә sәrgәrdanlarının
qapını döymәsinә cavab vermirdik, anamla bir yerdә sәsimizi
qısırdıq, az qala nәfәs almırdıq, illәrlә kişisiz yaşayan evimiz
özünü yuxuluğa vururdu, ya da özümüzü elә göstәrirdik ki, guya
evdә heç kim yoxdu. Yanlarında uşaq olanlara isә anamın yazığı
gәlir, hәtta onları gecәyarısı da evә buraxırdı. Neft lampasını
yandırır, yerә saman ataraq üstündәn döşәkdәn-zaddan salır,
әlüstü isti çay verirdi. Gecәnin yarısı uzun müddәt yuxuya gedә
bilmirdim, sobanın borusu ilә, yad adamların bizim kәdәrli
dualarımız kimi qış sәmasına millәnәn yorğun nәfәsinә, xorultusuna
qulaq asırdım.

Mәn, yәqin, qeyri-ixtiyari olaraq, onların arasında, hәtta nәfәs
almasından tanıya bilәcәyim yeganә doğma adamı axtarırdım.
Ancaq bizim tәsadüfi gecә qonaqlarımızın içindә o, yox idi.

O gәlәndә isә, әfsuslar olsun ki, tanımadım. Hәyәtimizә yad
adam girdi vә içmәyә su istәdi. Mәni oyunumdan ayırdı; hәyәti-
mizdә qazılıb sementlәnmiş quyudan (suyu ora su maşını ilә
gәtirib tökürdük, yәqin, ona görә bu su quyularına bizdә “hovuz”
deyirdilәr) bir vedrә su çәkib dolça dalınca evә qaçdım. Dolçanı
su ilә dolduraraq ona verib sәbirsizliklә gözlәmәyә başladım:
yad adam o vaxt gәlmişdi ki, biri hәlә çağa olan kiçik qardaşlarım
daxmada şirin-şirin yatırdılar, mәn isә dayәlikdәn canımı qurtarıb,
öz-özümlә daşdan qurduğum qalanı gah alırdım, gah da müdafiә
elәyirdim. Üç şәxsin üçü dә özüm idim: Sarıqalanı tikәn dә, onu
müdafiә elәyәn dә, Svyatoslav kimi uçuran da. Döyüşün coşqusu
hәlә içimdә idi, bir yerdә bәnd ola bilmirdim – bu avara, görәn,

307
   302   303   304   305   306   307   308   309   310   311   312