Page 309 - pryaxin
P. 309
Xəzər yuxuları
doğulmuşam. Ancaq bu baş verәndә, o, artıq yox idi. Belә sifәtlәri
bizim kәndin kәnarında, hansısa çöl maqnatının inqilabdan әvvәlki
binasında, Böyük Vәtәn müharibәsi әlillәri üçün olan pansionatda
yaşayan şikәstlәrdә görmüşdüm. Tәqaüd aldıqları gün şikәstlәr
ötürücü әvәzinә qeyzlә gah irәli, gah geri dartdıqları, vur-tut bir
lingi olan – başqası heç lazım da deyildi, çünki demәk olar,
hamısının nәinki ayaqları, hәtta qollarının biri dә yox idi, –
arabalarında yürüşә keçirdilәr. Stalin quruluşunun mәhv etdiyi
bu ayaqsızlar motorlu arabalarda, buğanı burun pәrәlәrindәn
dartıb apardıqları kimi әzabla, ancaq hәr şeyi unutduran böyük
hәvәslә hәdәflәrinә doğru sürünürdülәr. Hamısı o vaxtlar hәlә
gәnc, şux olan xaç anamın stәkanları cingildәtdiyi kәnd mağazasına
üz tuturdu; xaç anam onlara çappa stәkanlarda araq süzürdü,
sonra nikel nasosla “jiquli” qoşqusundan palıd çәllәyә vurduğu
pivәdәn üstünә әlavә elәyirdi. Vә piştaxtadan aşağı әyilib
stәkanları, әn sәbirsiz Nikola kişilәrindәn dә irәli buraxdığı bu
әzabkeş şikәstlәrin acgözlüklә aşağıdan-yuxarı uzanmış әllәrinә
verirdi: kiminin sağ әlinә, kimininsә sol әlinә... Oradan qayıdanda
bizim daxmanın yanından keçirdilәr, gecәnin ürkәk sәssizliyini
sәhәrә qәdәr pis-pis söyüşlәr vә quldur mahnıları pozurdu; sanki
tәlafat verәrәk geri çәkilmirdilәr – son hücuma keçirdilәr.
Şikәstlәr, әsasәn, tankçılar idi:
Üç tankçı
Hərəyə üç yüz vurdular,
Dördüncü isə...
Şüşəni başına çəkdi...
Tәqaüdün axırına çıxana qәdәr belәcә davam elәyirdi. Bizim
kәndә gәlәnlәrin arasında şaxtaçılara da tәsadüf olunurdu –
onların da belә çopur-çopur göyümtül sifәtlәri, çox vaxt da
domba gözlәri olurdu...
Bu adam hәm dә, deyәsәn, sağ ayağını çәkirdi. Çiynindәn
torba asılmışdı.
– Sәn russan? – Nәhayәt, dolçanı ağzından ayırıb mәndәn
soruşdu.
309