Page 308 - pryaxin
P. 308
rgi Pryaxin

nә vaxt suyu içib qurtaracaq? O isә qalaylanmış litrlik dolçanı
dodaqlarından ayırmaq bilmirdi. Yanğıyla içdiyini dә demәzdim:
hülqumu tәrpәnmirdi, qiymәtli suyumuz isә tüklü çәnәsindәn
israfçılıqla axıb toza-torpağa damcılayırdı. Mәn tәlәsirdim, o isә
әksinә, bacardıqca dolçadan gec ayrılmağa çalışırdı. Bizim
istәklәrimiz fәrqli idi: mәn tezcә ondan aralanıb maraqlı döyüşümә
qayıtmaq istәyirdim, o isә dik dayanmaqdan bezmirdi.

Qara gözlәri dolçanın kәnarlarından diqqәtlә mәni süzürdü,
sol әlindәki iti ucu torpağa girmiş әsa isә onu bizim kimsәsiz
hәyәtdә tutub saxlayırdı.

İndi, sonradan düşünürәm ki, hәmin adamın qırx yaşı olardı.
Düzgün cizgilәri olan qarabuğdayı iri sifәti nöqtә-nöqtә qara
lәkәlәrlә örtülmüşdü. Elә bil qırma ilә vurmuşdular. Çox sonralar
belә çopurluğu David Kuqultinovun dәyirmi sifәtindә gördüm.
Onun bir vaxtlar hәbsdә olarkәn Norilski mәdәnlәrindә işlәdiyini
bildiyimdәn, içki mәclisindә soruşdum:

– Metan qazının partlamasından olub?
– Yox, әşi, – mәnim böyük, müdrik çölçü dostum güldü. –
Gәnclikdәki sızanaqların yeridi. Uzun sürәn mәcburi bәkarәtin
köhnә izlәri...
Vә mәnә üz qabığı az qala insan dәrisindәn olan, yubileyi
münasibәtilә Norilski Nikel Kombinatının sponsorluğu ilә buraxılan
qәşәng üçcildliyini bağışladı. Bax hәmin dәridә heç bir çopurluq,
qüsur-filan yox idi – әlini çәkәndә elә bil qız döşü sığallayırdın.
Dünәnki, srağagünkü Norilski mәhbuslarında belәsinә indi rast
gәlmәzsәn, insan dәrisidirsә, demәk, cavan dәrisidi. Görünür,
iyirmi yaşlarında olanda soyulan hәlә kobudlaşmamış dәrilәrdәn
qalanlardı, indi uğurla özәllәşdirilәn ümumxalq tikintisindә
soymuşdular. Ancaq günәşli bir yay günü kimsәsiz hәyәtimizdә
peyda olan adamın üzündәki göyümsov sәpgilәr ötәn gәnclik
illәrindә bәkarәtini saxlamaq sәbәbindәn olmazdı: yoxsa mәnim
belә tez dünyaya gәlmәyimi hara yozaq? Mәcburi göndәrişlә
Donbas kömür mәdәnlәrini müharibәdәn sonra bәrpa etmәyә
gedәn bu adam, doğrudan da, atam idisә, demәk, günahkar
bәndәnizi әkmәyә artıq macal tapmışdı. O, iyirmi altıncı ildә
anadan olub, bunu indi dәqiq bilirәm, mәnsә qırx yeddinci ildә

308
   303   304   305   306   307   308   309   310   311   312   313