Page 305 - pryaxin
P. 305
Xəzər yuxuları

Nә qәdәr dәrin fikrә getsәm dә, düz üstünә çıxıram. Elә bil
onu mәndәn ötrü bura qoyublar. Hәmişә tәrәddüd elәdiyim seçim:
sağa gedim, ya sola? Xәzәr ilahiyyat disputu – üçüncü tәrәfә dә
getmәk olar: kәnddәn o yanda, әn yüksәk suayırıcında üstü
örtülmüş bir dәnә dә qәbiristanlıq var. Stalinqraddan әvvәl – qırx
ikinci ildә almanlar arabada, yük maşınlarında çox dәrin süni
gölә yüzlәrlә yәhudi gәtiriblәr. Nikola yaşlılarının dediyinә görә,
böyüklәri güllәlәyiblәr, uşaqların isә dodaqlarına otolarinqoloqların
boğaza baxdıqları faner çubuqla nәsә çәkiblәr vә onlar bihuş
olub yerә yıxılıblar. Lәnәt şeytana, humanizm alman qәnaәtcilliyinin
ayrılmaz parçasıdı! Sonra hamısını süni gölә atıb, üstlәrinә
söndürülmüş әhәng töküblәr. Әllәrini әvvәlcәdәn elә oradan gö-
türdüklәri gölün suyu ilә tәrtәmiz yuyublar. Mәnim kәndimdә üç
qәbiristanlıq var – doğrusunu desәm, biri o birindәn qorxuncdu.
Bәs indi biz hara gedәk, Sergey Vladimiroviç? Burada, kiminsә
yetmişinci illәrdә bir gecәdә qoyduğu daşın әtrafında, müxtәlif
mәlumatlara görә, yeddi mindәn on iki minә qәdәr adam uyuyur.
Pravoslav qәbiristanlığı әslindә başqa dindәn olanların itәn mәzar-
larından sonra salınıb. İndi onların hamısı bir yerdәdi: bizim
hәyat әlamәti olmayan kosmodrom gilinin sayәsindә altındakı
ağarmış sümüklәri saxlayan, başdaşıları kompasın әqrәbi kimi,
Şәrqi göstәrәn, yerlә bir olan mәzarlar vә böyük hissәsi çoxdan
yer altına gömülәn pravoslavların qәbirlәri. Onların hamısı bir
vaxtlar qazmaçıların, neftçilәrin, o cümlәdәn indi burada yatan
dayımın özünün dә neft, ya qaz tapmaqdan ötrü, daha çox qәbiris-
tanlıq üçün yarayan quru, sәrt torpağı oyduqları hәmin o borulardan
qaynaq edilmiş geniş, çox uca çәpәrin arasındadılar. Çәpәri qay-
naq elәyәndә boruların şüalanma verdiyini, iş üçün yararsız oldu-
ğunu bilmirdilәr. Әtrafdakı kәndlәrin hamısında tәkcә qәbiristanlıq
yox, adi hәyәt darvazaları da onlardan düzәldilib. Elmimiz,
mәtbuatımız sağ olsun, indi hamının xәbәri var, ancaq nә xeyri –
Allaha şükür, heç olmasa, bunlarsa var: indi kәnddә düzәmәlli
bir tikinti aparılmır. Doxsanıncı ildә Çernobıl AES-in dördüncü
enerji blokunda – “beton qәbirdә” olmuşam. Onun şüalanıb-şua-
lanmadığını bilmirdim – doxsanıncı ildә bunu kim dәqiq bilirdi
ki? Ancaq nә bu, nә o biri dünyada, yәqin, tayı olmayan bu
nәhәng, iki ev boyda qәribә qәbiristanlığa yaxınlaşanda, hәr dәfә

305
   300   301   302   303   304   305   306   307   308   309   310