Page 303 - pryaxin
P. 303
Xəzər yuxuları

elә buradaca, qәbiristanlığın yaxınlığında mal qәbiristanlığı var:
Nikola çöllәrindә yaşayan insanın ruhu yalnız sevdiyi heyvanın
ruhu ilә qucaqlaşaraq o dünyaya köçür vә cәnnәtdә ona elә
hәvәslә qulluq elәyir ki, hәtta heyvanın ağzının seliyi dә bu
gözәl cәnnәtә xәlәl gәtirmir.

Xalalarımı aparırlar, çünki dayılarım, demәk olar, qalmayıb.
Tәkcә birindәn nә vaxtsa sayları çox olan Qusevlәrin әn balacası,
otuz yeddinci il tәvәllüdlü, bir yaşında xәstәlik keçirәn Vasyadan –
Vasya Bre-ke-kedәn savayı. O vaxtdan yüyәn götürmәyәn at
kimi başını geri dartır, sağ ayağının nallı çәkmәsinin pәncәsini
yerә ehtiyatla toxundururdu, elә bil qızmar torpağa basırdı. İri,
gözәl, ürkәk gözlәrini bәrәldәrәk başını sağa-sola elә döndәrirdi
ki, boynunun damarları şişirdi. Sanki uzunsov tirdәn yonulmuş
başında uşaqlıqdan nәsә çatışmırdı. Hәtta yetmiş yaşında da
özünü uşaq kimi aparırdı. Atamın Nikoladakı sonuncu doğma
dayısı oğlu bax belә adamdır. Özü elә kәndin mücәssәmәsidir.
Bizim әldәn-ayaqdan uzaq Nikolaya bu yad söz, hәtta söz dә
yox, qışqırığa, sәsә oxşayan bu “Bre-ke-ke” hardan gәlib çıxmışdı?
Mәncә, amerikalılar şeytanı bu cür ya çağırırlar, ya qovurlar.
Әgәr Vasya nәsә demәyә çalışır vә bacarmırdısa, ya ona qulaq
asmırdılarsa, pörtüb bağırırdı:

– Bre-ke-ke!
Bu dinc, utancaq adamda şeytani heç nә yoxdu. Çox ehtimal,
bu yolla içindәki şeytanı qovur.
Bax tәkcә o qalıb: Nikolada indi nә başqa xalalarım, nә
dayılarım var. Hamısı tәpәdәdi, parıldayan aeroplanı gözlәyirlәr.
– Bre-ke-ke!.. – Vasya nә haqdasa xәbәrdarlıq edir.
Bu dәfә Polinanı aparıblar. Deyәrdin, heç vaxt aparmayacaqlar.
Polina Andreyevnanı. Hәtta İvan Nikanoroviçin özündәn dә
qorxmayan kazak arvadı, ataman arvadı. Dörd uşağı ola-ola,
otuz dörd yaşında ailәyә beşincini, yәni mәni dә qәbul elәmişdi.
Özü dә yaxın qohumum deyildi; yadınıza gәlirsә, sadәcә atamın
dayısı oğlunun arvadı idi. Ancaq dörd uşağından ayırmadan,
bacardığı qәdәr saxlayıb qayğıma qaldı. İndi onu da apardılar.
Yetmiş doqquzuncu ildә, әrindәn otuz il sonra öldü. Daha kәndә
getmәk lazım olmayacaqdı, bundan sonra bir vaxtlar mәnә doğma,

303
   298   299   300   301   302   303   304   305   306   307   308