Page 304 - pryaxin
P. 304
rgi Pryaxin
yaxın olanların yeganә mәrkәzinә çevrilmәyә başlayan qәbiristanlığa
gedәcәkdim.
Hamımız artıq enişi vә uçuşu gözlәyirik. Ancaq qәbiristanlıqda
hamıdan çox mәnimkilәr yatır. Çünki mәn artıq çoxdan yerlә bir
olmuş, unutqanlıq otu ilә – yovşanla örtülmüş hәr iki qәbiristanlığın
müştәrisiyәm (bәlkә dә, sakiniyәm). Yayda bu qәbiristanlıqda,
daha doğrusu, qәbiristanlığın bu hissәsindә yerimәk dәhşәtdi:
hәr addımda ayağının altından sәssiz yaylım atәşi kimi saysız-
hesabsız rәngbәrәng cırcıramalar fışqırır. Ölülәrin yox, kәdәrlә
inildәyәn canlıların üstü ilә yeridiyini hiss elәyirsәn, özü dә hәr
addımın yerin altında elә әks-sәda verir ki, az qalırsan qulaqlarını
tıxayasan. Nә vaxtsa kәnddә bir neçә qәbiristanlıq var idi, hәr
halda, mәn ikisini xatırlayıram. Onlardan birinin qalıqları, çürümüş
antenlәri ordan-burdan çıxan qәzaya uğramış sualtı qayıq kimi
tәpәciklәr şәklindә o biri kәndin kәnarında, Yeni Romanovka vә
Dudakovkaya, elә Budyonnı şәhәrinә – Müqәddәs Xaça yaxın
yerdә hәlә dә qalır. Ona görә hesab elәyirәm ki, bir vaxtlar
“Strepetovka” buranın yeganә qәbiristanlığı olub. O, nә kәnddәn
aralıda, nә dә yamacda, düz kәndә yaxın baxımlı vadidә salınıb.
Әvvәldә söhbәt açdığımız, indi, demәk olar, yeganә qәbiristanlıq
isә elә dә yaxşı yerdә deyil, kәnddәn aralıda – gündoğanda
salınıb. Gәlmәlәrin saldığı tәzә qәbiristanlıq. Onlar heç dә
pravoslav kökәnli deyildilәr: yulaf, yovşan, sarıtikan, dәvәtikanı
torpaqdan bәrk-bәrk yapışır. O qәbiristanlığa başdansovdu qaynaq
edilmiş dәmir darvazadan girilir (mәncә, belәsini, hәr halda,
cәnnәtdә yox, cәhәnnәmdә görmәk olar). Sonra qanadları xallı
iri ot böcәklәrini ayaqlayacağından qorxa-qorxa – onların arasında
bu gün çәyirtkәyә dә rast gәlmәk tәzә bir şey deyil – tamamilә
boş yerdә bir xeyli gәzirsәn, o vaxta qәdәr ki, üstünә әrәb sözlәri
yazılmış dәmir haşiyәli kiçik beton lövhәylә qarşılaşırsan. Amma
heç dә hamı bu әldәqayırma lövhә ilә rastlaşa bilmәz – bilәnlәrdәn
savayı. Mәn bilirәm. Hәmişә dә qarşıma çıxır – dәrin fikrә gedib
әtrafda heç nәyә, hәtta ayağımın altındakı xәndәyә fikir vermә-
yәndә dә.
304