Page 300 - pryaxin
P. 300
rgi Pryaxin

tamahkar İtilin muzduru hesab elәyirdilәr. Paytaxt sakinlәrinin
çoxundan fәrqli olaraq, müsәlmanlığını saxlayan sadә xәzәrlilәr
başqa dinә mәnsub olan paytaxtlarının gәlәcәkdә talan edilmәsindә
az qala slavyanlardan çox canfәşanlıq edәcәkdilәr. Ancaq xaqan
bilirdi: onun firavanlıq hökm sürәn yurduna göz dikәnlәr çoxdu,
yurdunda hirs-hikkә çox yığılıb vә qayda-qanunun az, harınlığın
çox olduğu yerdә isә hәmişә qәzәb üstün olur.

Yetәn yetir, yetmәyәn bir daş atır – bunu o vaxtkı firavan
Xәzәr ölkәsinin, istisnasız olaraq, bütün qonşularına aid etmәk
olardı.

Hәrdәn xaqan çılğınlıq elәyirdi: qaraçı, ya dәrviş paltarı
geyinir, sırğa taxır, qәrargahda sәhәrә kimi davam edәn nәsә bir
әylәncә tәşkil edәrәk, әyninә onun kimi köhnә-köşkül paltar
geyinmiş, әlindә mis teşt, bir parça әzilmiş qalay vә qalaylamaq
üçün müxtәlif alüminium әşyalar olan torba, qoltuğunun altında
enli xәncәr gәzdirәn yeganә keşikçi ilә iki-üçgünlüyә rus tәrәfә
gedirdi. Xaqanın şübhә doğuran bu gәzintilәrindә heç bir hәrbi,
kәşfiyyat mәqsәdi olmurdu – vәrdişkar olmayan ayaqlarını
döyәnәk elәyib bir neçә yoxsul rus kәndinә baş çәkirdi, vәssalam.
Xaqan artıq çoxdan öz ölümü ilә oynayırdı.

Elә indi dә xaqan özünә yaraşmayan paltarda, tәbii ki,
paltarını dәyişәrәk ondan da çox qaraçıya oxşayan әn sadiq
keşikçisi ilә әhalisi onsuz da az olan, biçin vaxtına düşdüyündәn
indi heç kimin gözә dәymәdiyi yad kәndә girdi. İsti yandırırdı,
hamı çöldә, biçәnәkdә idi, yalnız itlәr sәfillәrin arxasınca düşüb,
onları bir-birlәrinә ötürürdülәr. Hәrdәn hәyәt-bacada oynayan
balaca uşaqlar vә dibçәkdәki bitkilәr kimi dinmәz-söylәmәz pil-
lәkәnlәrdә oturmuş qocalar, qarılar gözә dәyirdilәr. Xaqan düşü-
nüb-daşınmadan kәndin kәnarındakı slyudadan balaca pәncәrәsi
olan komaya girdi. Dәhlizә keçdilәr – onları qarşılayan olmadı.
İfritәyә oxşayan qarı tavanın tirindәn asılan qamışdan düzәldilmiş
beşiyi yırğalayırdı. Beşiyin qamışdan olduğunu xaqan dәrhal
sezdi: işә bax – onun qamış bitәn vәtәnindәn gözlәnilmәz salam!
Bu yüngül, elastik – beşik elә bil havadan hörülmüşdü – materiala,
demә, ruslar da bәlәd imiş.

– Hәr vaxtınız xeyir! – Körpәni oyatmamaq üçün xaqan hәlә
uşaqlıqdan öyrәndiyi rus dilindә astadan salamlaşdı.

300
   295   296   297   298   299   300   301   302   303   304   305