Page 295 - pryaxin
P. 295
Xəzər yuxuları
Görәn, qarabasma belә başlayır?! Axırım çatdı? Әlini alnına
qoydu: qızdırması yoxdu. Sağ әlini yavaşca burnuna toxundurdu.
Reflekslәri yerindәdi. Başı daxil olmaqla, qalan әzaları da,
deyәsәn, qaydasındadı. Orda nә içmişdilәr? Bir belә yemәyin
qabağında nә olan şeydi ki! Ancaq nә bilmәk olar...
Yolyoldaşlarından gizlicә yenә göyә baxdı vә yenә onu soyuq
tәr basdı: işıqlar sayrışır!
Qayıtdı?! Yenә? Çox-çox illәr qabaq olduğu kimi. Hәmişәlik
itirilәn vә rahatca unudulan. Yenә? Tәzәdәn?
– Onların burada qәbiristanlığı olub. Son yolçuluğa buradan
başlayıblar, – bayaq onu ötürәn hәmin oğlan Sergeylә dostunun
arasında hardansa peyda olub qulağına pıçıldadı.
– Necә yәni başlayıblar? – Sergey anlamadı. – Yәqin,
yolçuluqlarını başa vurublar, әgәr qәbiristanlıq...
– Çox adi, – oğlan öz şәffaf, dibsiz gözlәrini Sergeyin
irilәnmiş bәbәklәrinә zillәdi. – Burada, bu sahildә çala qazıb on-
lardan birini ora atdıq. Sonra o, hәlә çox üzәcәkdi. Ölmәzlәr
qәbirisitanlığı.
Dostlardan birinin dediyi sözlәr Sergeyin dumanlı başından
keçdi: “әvәzedilmәz insanların qәbiristanlığı...”
– Sizi, doğrudan da, çox gözlәdilәr, – yalnız gözlәrinә,
qulağına yox, su içirmiş kimi, düz ruhuna sarı әyildi.
Sergey diksindi: gözlәyiblәrsә, görәn, kim gözlәyib?
Kimi nәzәrdә tutur?
***
Yayın әn isti vaxtlarında xaqan öz sәltәnәtinin әn tәhlükәli
sәrhәdlәrindәn keçәrәk, Sarıqaladan şimal-şәrqә tәrәf hәrәkәt
etdi. Saray әyanları sakitcә pıçıldaşırdılar: rus hüdudlarındakı
torpaqlara niyә soxulur, orda tәkcә insanlar yox, saysız-hesabsız
vәhşi heyvanlar da tәhlükәlidi. Cәnub-qәrbә, boqdıxanların
ucqarlarında dәbdәbәli villalar olan Bizans sәrhәdlәrindәki isti
dәnizlәrә üz tutmaq yaxşı olardı – oradakı minalı tava daşları
düzülmüş hamamlarda hәftәdә bir neçә dәfә dәniz suyuna tәzә
295