Page 290 - pryaxin
P. 290
rgi Pryaxin

hamını süzür vә anlaşılmaz mәlahәtlә, cәldliklә, gözәlliyini
göstәrә-göstәrә stolun, stulların, skamyaların üstündә, söykәnә-
cәyindә, adamların, qab-qacağın arasında qıvrıla-qıvrıla sürünür.

Özününkü! Buna görә ona elә dә fikir vermirlәr. Ancaq
Sergeyin bir gözü ondadır. O, heç dә sirk ilanı deyil, Allah
elәmәsin, nәdәnsә xoşu gәlmәyә bilәr. Foma Opiskin kimi
özündәn çıxar, gözünü qırpmağa macal tapmazsan. İlanın ağına
da lәnәt, qarasına da. Hәr şeyin öz tәhәri var: ata arxadan
yaxınlaşma. Ancaq uşaqlar, nәvәlәr belә tәhlükәlәri hiss elәmәk
üçün hәlә xeyli balacadılar. Arvadı da öz kefindәdi – Sergeyә
etibar elәyib. Tәkcә o, diqqәtlidi. Bir an sonra bu heyvanın
ağlına nә gәlәcәyini hardan bilәsәn? Suda oynayırmış kimi
havada dalğalanır, son dәrәcә elastikliyiylә adamı ovsunlayır, öz
Saturn halqaları ilә körpәlәrә dolanır, onları qucaqlayır. Ancaq
lәnәt şeytana, görünür, özünü ailәnin bir üzvü nәdir, az qala
qızlardan, nәvәlәrdәn biri hesab elәyir, cins pişik kimi, hәlә
özünü dә kahin, ali qüvvәlәrin elçisi sayır. Bir ehtiyatsız hәrәkәt,
söz, ya sәrt baxış kifayәtdi ki, özündәn çıxsın. İlan bir andaca
çalır: hiss elәmәk, necәsә qarşısını almaq, sıçrayışdan yayınmaq
mümkün deyil. Sergey heç cür rahatlana, bu gözәl gündә ailә
süfrәsindәn doyunca lәzzәt ala bilmir.

Gürzә, deyәsәn, Sergeyin narahatçılığını hiss elәyir vә anında
reaksiya verir. Stolun üstündә qıvrılıb oynadığı vaxt qәfil
istiqamәtini dәyişib düz onun sinәsini nişan alır. Sergey, hәtta
qorxmağa da macal tapmır – uşaqlardan, nәvәlәrdәn kimәsә tuş-
lansaydı, hökmәn macal tapardı – gürzә bir göz qırpımında
sinәsini dәlib keçir. Mәhz dәlib keçir, sancılıb içini sökmür.
İldırım kimi dәlib keçir, kürәyindәn çıxıb, heç nә olmamış kimi
sәssizcә süfrәyә qayıdır. Sergey içinә dolan bir udum ozon
havasını hiss etmәyә macal tapır, elә bil bacanı bir anlığa açıb,
dәrhal da qapamışdılar.

Qapadılar, sağaltdılar, sәrinlik isә (xoşbәxtlikmi?) – qaldı.
Sergey stolun arxasında donub, ancaq deyәsәn, heç kim heç
nә sezmәdi. Yoxsa onların ailәsindә bu, adi şeydi?
Oyandı. Yalın ayaqlarını döşәmәyә qoyub, çarpayıda oturdu.
Ovcunu qeyri-ixtiyari olaraq çılpaq sinәsinә toxundurdu, sonra

290
   285   286   287   288   289   290   291   292   293   294   295