Page 294 - pryaxin
P. 294
rgi Pryaxin

Siz kimsiniz, uşaqlar?
Kimdi sizi bu savaşa aparan?

Kimdi al bayraq altda
Yaralı addımlayan?

Görәn, bu zirәk “uşaqlar” kimiydilәr ki, on yeddinci ildәn
bәri necә gedirdilәrsә, cilddәn-cildә düşәrәk, illәrdi yenә gedirlәr,
әcnәbi uzunboğaz çәkmәlәrlә, ştibletlәrlә bütün rus sahillәrindәn
vurub keçirlәr vә nәdәnsә, ilk növbәdә, morşansklıları hәdәfә
alırlar.

Özününkülәri vur ki, başqaları qorxsunlar?
Mәclis alınmışdı. Çox oxuyanların bәzisi, hәtta qızışıb, bu
gecә vaxtı Volqaya baş vurmaq istәyirdi, paltarlarını da artıq
çıxarmışdılar vә söyüş yağdıra-yağdıra yan-yana düzülmüşdülәr.
Ancaq hamının cilovunu çillәrlә örtülü möhkәm kürәn әllәrindәn
әvvәlki kimi buraxmayan vitse-qubernator qoçaqların bir-bir
çiyninә toxunub:
– Lazım deyil. Sabah, sabah, – dedi.
Sakit, ancaq qәtiyyәtlә dedi.
Sergey hәvәssiz razılaşdı: beyninә dolan fikirlәri araqla
olmasa da, gecәyә yaxın soyuyan vә sakit gecәdә daha çox Volqa
sularına oxşayan suda yumaq istәyirdi.
Öz dәliqanlı kazakının qoluna girib sәkkiz yaza-yaza evә
tәrәf getdilәr.

Biz yeni dünya quran
Muzdur balalarıyıq.
Al bayraqlı da Şorsdur,
Şors – qırmızı komandir...

Şors da onların indi yeridiyi kimi addımlamışdısa, dünya
inqilabına qәdәr çox sürünmәli olacaqdı...

Başını göyә qaldıranda donub-qaldı, ayıldı; tüklәri biz-biz
oldu. Göydә böyük bir şәhәr adama “gәl-gәl” deyirdi!

Sayrışan işıqlar, qәribә meyvәlәri olan gözәl bağlar, benqal
fişәnglәri ilә bәzәnmiş asma körpülәr, fasadlarında mәşәllәr
yanan valehedici saraylar bütün sәmaya sәpәlәnmişdi.

294
   289   290   291   292   293   294   295   296   297   298   299