Page 298 - pryaxin
P. 298
rgi Pryaxin
çılpaq atılıb minir, qulluqçular onların bәr-bәzәkli paltarlarını
arxalarınca zorla arabaya dürtüşdürürdülәr.
Bu toplantılarda maraqlı sәhnәlәr ortaya çıxırdı: şişman qoşun
başçıları bәzәn dovşan kimi elә yerdәn tullanıb çıxırdılar ki, xa-
qanın harda aş, orda baş olan mühafizәçilәri dә mәәttәl qalır-
dılar. Onların arvadları da hәrdәn tәәccüblәrini gizlәtmirdilәr:
başlarının tacı, demә, gecәni xaqanın apardığı hansısa “taktiki
yığıncaqda” yox, tamam başqa bir gizli yuvada yuxusuz keçiribmiş.
Zәrif qız әllәri sevgilisinin rәsmi mundirini onun әtli çiyinlәrinә
kandarda atmağa zorla macal tapırdı. Sarıqalada gәlәn mövsümә
kimi, әsasәn dә qadınların unutduğu bir yığın әşya qalırdı. Ancaq
gәlәn mövsümdә çoxları bura qayıtmırdı: dәyişikliklәr bir göz
qırpımında baş verirdi. Özü dә bu, tәkcә qadınlara aid deyildi.
Dәyişikliklәrin öz qanunauyğunluğu var idi vә inanın, heç dә әr-
arvad sadiqliyinin dәrәcәsi ilә müәyyәn edilmirdi. Yalnız zövqlәrin
müxtәlifliyindәn, bәzi gigiyena vә tәhlükәsizlik sәbәblәrindәn
irәli gәlirdi.
...Qara dәniz әtrafını xaqan xoşlamırdı. Onu necәsә dilә tutub
hәmin yerlәrә aparmaq çәtindi. Sәltәnәtinә әsas tәhlükәnin oradan –
әrәblәrin qәdimlәrdәn cәmlәşdiyi Bizansdan gәldiyini düşünürdü.
Onu meşәlәr, vadilәr daha çox çәkirdi. Uzaq karvan yollarının
vә gizli ticarәt cığırlarının bozplaşlı bilicilәri – yadelli raxnoxidlәr
ölkәyә soxulmağa başlayanda, kürәklәrindә vә dәvәlәrinin
bellәrindә ipәk, әdviyyat, döymә qızıldan qayırılmış qab-qacaq
gәtirirdilәr. Xәzәr ölkәsinin Volqanın şәffaf suları kimi nә qәdәr
sakit vә zәngin olduğunu bilәndәn sonra isә özlәri ilә әn
qiymәtlilәrini – ürәklәrindәn qopartdıqları qızlarını gәtirmәyә
başladılar. Raxnoxidlәr, filiz çıxaranlar kimi, ağacı hara soxmağı
bilirdilәr. Vә dövr gәldi – bizim xaqandan bir neçә nәsil sonra –
raxnoxid qızı ilә evlәnәn xәzәrli göz üstündә tutulur, onların
uşaqları isә vәzifә yiyәsi olurdular. Ancaq raxnoxid qızışıb
füsunkar yerli qıza uysa, onlardan doğulan uşaqları başdan elәyib,
sürәtlә qocalan imperiyaya yeniçәri sipәri etmәk üçün mәhz
Qara dәniz sahillәrinә göndәrirdilәr.
Raxnoxidlәr әslindә “yolları tanıyanlar” kimi tәrcümә olunur.
Xәzәr ölkәsinin qәlbinә yolu ilk dәfә onlar tapmışdılar. Vә zaman
298