Page 297 - pryaxin
P. 297
Xəzər yuxuları
hansısa ucqar hәrbi düşәrgәyә köçürülmәsi. Hәr ikisi eyni
minnәtdarlıqla qәbul edilirdi. On iki dәfә tәzim edib, daldalı
xaqanın sarayını tәrk edәn әrlәrin baş әymәkdәn vә dallarının
iriliyindәn tәmtәraqlı xәlәtlәri az qala sökülәcәkdi. Arvadları da
hәmçinin: gecәnin qaranlığında görünmәyәn әrlәrini gizlicә,
mәmnunluqla mәsxәrәyә qoyur, ayrılıq zamanı xüsusi bir ehtirasla
bәdәnlәrinin arzuolunan yeri ilә onlara tәzim edirdilәr ki, o biri
gecә mәftunedici işğalçının qarşısında olduğu kimi tәmkinlә
xaqana tәzim etsinlәr.
Tәәccüblü işdi: bütün hökmdarlar kimi, Allahın Yerdәki
canişini kimi (doğrusu, o belә şeylәrә inanmırdı), kimin yuxusuna
girәcәyini bilirdi. Yuxuda da, gerçәkdә dә – sәrt әsgәri yerişlә
gәlirdi. Fövqәladә duyumu vardı. Gözәdәyәn, diqqәtәlayiq heç
nәyi boş buraxmırdı.
Әyanlar xaqanı yuxuda görmәk istәmirdilәr, bunu onların
arvadları haqqında demәk olmazdı.
Xaqanı yuxuda rәiyyәt әhlinin görmәsi dә xeyirә idi: elә
sәhәrisi әlinә nәsә keçirdi; itәlәyә-itәlәyә evә on dәnә merinos
qoyun, ya da dәri kisәdә bir neçә qızıl sikkә gәtirirdilәr.
Daha bir xoşbәxt istisna. Kasıblar xaqanı, heç olmasa, yuxuda
görmәk istәyirdilәr. Bu uyğunsuzluq mәşhur Xәzәr yuxularının
xüsusiyyәti idi: kimlәrsә yuxu görmәk istәmirdi, kimlәrsә onu
arzulayırdı.
Xәzәr ölkәsinin әyanları yuxusuzluqdan әziyyәt çәkirdi.
Xәzәr ölkәsinin qara camaatı isә daş kimi yatırdı.
Kiminsә nәdәnsә qorxduğuna fikir vermәyәn vә özü dә heç
nәdәn qorxmayan xaqan kefi istәyәndә saray әhlini toplamaq
üçün kәrәnay çalınmasını әmr edirdi. Sarayın Sarıqaladan dәqiq
nә vaxt tәrpәnәcәyini әn yaxın әtrafı da bilmirdi. Bu, onun
tәkbaşına qәbul etdiyi ehtiyat tәdbiri idi, ya özbaşınalığının
tәzahürü? Hardan bilәsәn? Ancaq kәrәnay sәsi hamını qәfil
yaxalayırdı, yola yığışmaq tәlәsik, demәk olar, tәlaş içindә olurdu,
dabana tüpürüb qaçmağa oxşayırdı: xaqan bәzәnib-düzәnmiş
halda, qızıl suyuna çәkilmiş arabasının kiçik pәncәrәsindәn onları
istehzalı baxışlarla seyr elәyirdi. Bәzi saray xanımları lap gülmәli
görünürdülәr: elәlәri vardı, tәlәsdiyindәn hay-hәşirlә arabaya
297