Page 287 - pryaxin
P. 287
VI FӘSIL

MAMURA

Sahildә onları şahanә görüş gözlәyirdi. Nәcib sәyahәtçilәri
öz bağırlarına basmaq üçün “yoldaşlar dәstәsinin” artıq hazır
dayandığı taxta körpüyә yan aldı.

Sәyyahlar yaxtadan, әlbәttә, dәniz tutması keçirmiş adamlar
kimi düşdülәr, ancaq belә baxanda, elә dә pis deyildilәr. Әsl
dәniz canavarları idilәr. Qarşılayanların vәzifәsindәn, rütbәsindәn
Sergey düzәmәlli baş çıxara bilmәdi. Burada regional, yerli
“Lukoyl” rәislәrindәn hökmәn kimsә olmalı idi, qalanları yeger-
aşpaz tayfası idi, bir dә balıqçılar; bәs necә, bulağın başında
olasan, özün dә doyunca içmәyәsәn! Sahilboyu böyük talvarın
altında “briqada” stolları vә skamyalar düzülmüşdü. Stolların
üstündә buğlanan yemәklәrin qoxusu әtrafı bürümüşdü. Üç cür
kabab: nәrә balığı, quzu, donuz. Qoxusundan balıq şorbasının
necә yağlı, necә dadlı olduğu hiss olunurdu. Araqlar tor zәnbillә
indicә tutulan ağ qızılbalıqlar kimi qımız şüşәlәri ilә yanaşıydılar.

Bәzilәri dәrhal özlәrini skamyaya yıxdılar. Kefli, ağır İlya
Murometsin altında palazqulaq Sәmәndi necә hıqqıldayırsa,
skamyalar elәcә cırıldadılar.

Sergey isә onu öz otağına ötürmәlәrini xahiş etdi.
– Doğma yurdunuza xoş gәlmisiniz! – Arxasındakı qızın bu
sözlәri Volqaqradda hәr şeyin ünvanladığı Musaya yox, qonşu
şәhәrdәn – Hәştәrxandan olan vitse-qubernatora deyilmişdi:
doğrudanmı “Lukoyl” artıq Volqanın altından neft çıxarır?
Körpüyә yan alandan mәhz vitse-qubernator elә bir güc sәrf
etmәdәn hamının, hәtta Nәcibin dә cilovunu öz әlinә almışdı: pul
vә hakimiyyәt bir müddәt ayrılıqda yol gedirlәr, sonra qәfildәn
bir şәxsdә cәmlәşirlәr. Onda da hәr şey öz yerini alır.
– Doğma yurda xoş gәlmisiz, – onu ötürәn adam astadan
dedi vә Sergey tәәccüblә ona baxdı, sonra әtrafa boylanıb, çılpaq
çölü, subasarda sıralanan ağacları, iki adamboyu ucalan, tikanlı
ucunda mavi uşaq gözlәri mehribanlıqla parıldayan qanqalları

287
   282   283   284   285   286   287   288   289   290   291   292