Page 284 - pryaxin
P. 284
rgi Pryaxin

kimi, adi plastmas telefon dәstәyinin kömәyi ilә dә qızıl әldә
etmәk mümkündür.

Gözlәrini bağlayıb, hansısa çöllük әraziyә gәtirdilәr. Onun
üçün artıq fәrqi yox idi – boynunun ardından güllә vurub öldürә-
cәklәr, yoxsa buraxacaqlar. Amma buraxdılar.

– Qulaq as, bәdbәxt Gebbels, gözünü beş dәqiqәdәn tez
açsan, gәbәrdәcәyәm, – Vahidin başı üstündә yoğun sәs eşidildi.
Zarafat etmәdiklәrini bildirmәk üçün “Steçkin”in dәstәyi ilә
başından bir zәrbә dә vurdular.

Böyrü üstә uzanmış Vahid düz bir saat gözünün sarğısını
açmadı. Onu buraya gәtirәn maşının sәsi çoxdan kәsilmişdi,
yәqin, artıq uzaqdaydı. Nә sarğını açırdı, nә dә irinlәmiş gözlәrini.
Heç nәyә hәvәsi yox idi.

***

…Budur, qarşınızda dayanmışam, – o, öz hekayәtini danışıb-
qurtardı.

Sergey qәribә hisslәr keçirirdi: ona elә gәlirdi ki, Vahid
birbaşa hәmin çöllükdәn gәlib.

Çeçen ziyalısı çoxdankı arzusuna çatmışdı: paytaxtda,
Moskvada işlәmәyә başlamışdı. Başına gәlәn müsibәtlәrdәn sonra
rahatlıq tapdı. Vahid paytaxtın nüfuzlu nәşriyyatlarından birindә
baş redaktorun müavini tәyin olundu. Bu dәfә Sergeyin kömәyi
ilә. Vaxtilә min beş yüz kilometr uzaqlıqdan üzünü dә görmәdiyi
adamı işdәn çıxartdırmışdı, amma indi, bir növ, onun xilaskarı
rolunda çıxış edirdi. Böyrәk xәstәliyindәn әziyyәt çәkәn Vahid
Moskva xәstәxanalarında yatmadığı vaxtlarda sәhәrdәn-axşamacan
işindәn ayrılmırdı. Xәstәxana çarpayısında belә, әlyazmaları
oxuyur, redaktә edir, ağır günlәrini yaşayan nәşriyyatın işinә
kömәk etmәk üçün dәridәn-qabıqdan çıxırdı. Әn böyük arzusu
yeni hәmkarlarına, әsasәn dә Sergeyә çoxlu pul qazandırmaq,
yağlı bir sifariş tapmaq idi. O, öz qohum-qardaşının kömәyi ilә,
yalnız özünün bildiyi yollarla hörmәtli bankirlәrdәn biri, Moskvada
ad-san qazanmış iş adamı Musayla tanış oldu, hәtta günlәrin bir
günü onu nәşriyyata da gәtirdi.

284
   279   280   281   282   283   284   285   286   287   288   289