Page 281 - pryaxin
P. 281
Xəzər yuxuları

sonra Vahid başqa işlәrә girişmişdi. Bәlkә dә, әvvәlcәdәn plan
üzrә hәrәkәt edirmiş, hәr şeyi ölçüb-biçibmiş. Necә deyәrlәr, bu
gün tezdir, sabah gec. Nәticәdә ideologiyanın ağır topuna çevrilmiş,
siyasi vә “milli azadlıq mübarizәsi”nin әsas simalarından biri
olmuşdu. Özü özünә qibtә elәyә bilәrdi: ideyalarının maddilәşdiyini
görmәk hәr idealistә nәsib olmur. Onu az qala bayraq kimi
әllәrdә gәzdirirdilәr. Sandıqdan çıxardıqları çәrkәzi çuxalarını
geyib Qroznının mәrkәzi meydanlarına axışan qocalar, әlbәttә,
güclü tәәssürat yaradır, xüsusilә dә televiziya işçilәrini ehtizaza
gәtirirlәr. Onlar azadlıq, müstәqillik çağırışlarına fundamental
çalarlar qatır, lakin bu, azdır. İndi başqa zәmanәdir, hәm dә ağıl
işlәtmәk, çәrkәzi çuxalara vә çәpkәnlәrә nәzәri astar üzü, altlıq
tikmәk lazımdır. Özü dә bu altlıqlar çәrkәzi çuxalardan da tәzә
olmalıdır. Yeni üzlәmәni hәmişә altlıqdan başlayırlar.

Vahid fürsәti fövtә verә bilmәzdi.
Tezliklә Dudayevin yaxın adamına çevrildi. Mitinqlәrdә
Dudayevdәn әvvәl o çıxış edir, kütlәni qızışdırırdı. Dudayevә
yalnız bir şey qalırdı: qalibin mәrhәmәtinә sığınırmış kimi әllәrini
qaldırıb kütlәnin içinә enmәk. Minnәtdar kütlә mavi rәngli
general forması geyinmiş (bu cür geyimlәr çeçenlәri vәcdә gәtirir)
Dudayevi ehtiyatla, özünün kollektiv övladı kimi başı üzәrindә
gәzdirirdi. Kütlә hәmişә kimisә tapıb başı üzәrinә qaldırmağa
hazırdır. Amma nәticәdә, başı üzәrinә qaldırdığı adamın çәkmә-
lәrinin altında qalıb әziyyәt çәkәn dә kütlәdir. Hakimiyyәt onların
әlinә keçәndәn sonra ideyalar vә idealistlәr arxa planda qaldı.
Hakimiyyәt öz qolunu çirmәyib, hәrәkәtә keçdi. Onun әlinә
keçәni içәri ötürmәk reflekslәri işә düşdü, artıq vasitәçilәr lazım
deyildi. Bundan sonra hadisәlәr tamamilә başqa şәkil aldı, qan
su yerinә axmağa başladı. Vәziyyәt o dәrәcәdә pislәşdi ki, bizim
idealistin gözlәri kәllәsinә çıxdı: belә olacağını gözlәmirdi.
Redaktor kabinetindә, yumşaq kresloda oturub arzuladığı, xәyalında
canlandırdığı bunlar deyildi. Kütlәni haldan çıxaran istәnilәn
ideya fәlakәt doğurur. Zәrәrçәkәn tәrәf isә, ilk növbәdә, kütlәnin
özü olur. Vahid nәşr etdiyi kitabların bәtnindәn zühur edәnlәri
dәhşәtlә izlәyirdi. Kütlәlәr yalnız instinktlәri üzә çıxaran,

281
   276   277   278   279   280   281   282   283   284   285   286