Page 285 - pryaxin
P. 285
Xəzər yuxuları

Sevincindәn yerә-göyә sığmayan Vahidin müşayiәti ilә Musa
Sergeyin kasıb otağına girdi. Ondan әtrafa bahalı әtir qoxusu
yayılırdı, hiss olunurdu ki, pul-para sarıdan korluq çәkmir, daha
doğrusu, pul içindә üzür. Musa әtrafa göz gәzirә-gәzdirә çay
içdi, ona hәdiyyә etdiklәri kitablardan (Lermontovun oncildliyi)
birini götürüb vәrәqlәdi, nümayiş etdirdiklәri başqa kitablara
baxdı vә nәhayәt, hamının, xüsusilә dә Vahidin bütün varlığı ilә
arzuladığı, eşitmәk istәdiyi sözlәri dilә gәtirdi. Sergey sonradan
öyrәndi ki, bu, onun universal ifadәsidir – әtrafdakılar üçün arzu
edilәn, onun üçünsә sadәcә universal sözlәr. Artıq öyrәşmişdi,
insanların ondan hansı sözlәri gözlәdiyini çox yaxşı bilirdi:

– Pul vermәk lazım gәlәcәk.
Pul! Vahid qalibanә baxışlarla Sergeyin üzünә zillәndi, sanki
pulu öz cibindәn vermәyә hazırlaşırdı.
Bundan sonrası yalnız tәfәrrüat idi.
Sonrası ilә Musanın birinci vitse-prezidenti mәşğul oldu.
Çox keçmәdәn, elә ertәsi gün Vahid nәzakәtlә onun qoluna girib,
Sergeyin yanına gәtirdi.
Sergey vitse-prezidenti görәndә gözü kәllәsinә çıxdı – bu,
Voronin idi.
İkinci dәfә gördüyü Voronin yox, әvvәlki sakit, pardaxlanmış,
mәdәni Voronin. Onlar bir-birindәn I vә II Nikolay qәdәr fәrqlә-
nirdilәr. Ötkәm, hökmlü baxışlarından, ağır yerişindәn hiss
olunurdu ki, tamamilә dәyişilib, artıq hәminki Voronin deyil.
Necә deyәrlәr, bolşeviklәr hara desә, ora axır Kuban çayı. Voronin
Sergeyin yox, ilk növbәdә, özünün yanına qayıtmış, özünә
gәlmişdi.
Sergeyin sevincinin hәddi-hüdudu yox idi, tәkcә ona görә
yox ki, Voroninlә detallar barәdә (mәlum olduğu kimi, şeytan
tәfәrrüatlarda gizlәnir) danışmaq vә razılığa gәlmәk daha asan
idi, hәm dә ona görә ki, qarşısında qәddini düzәltmiş, özünә әl
gәzdirmiş köhnә Voronini görürdü. Onun bu möhtәşәm qayıdışını
görüncә rahatlandı, müәyyәn mәnada tәskinlik tapdı. Sergeyin
köhnә hәyatının, heç olmasa, bir mәqamı, bir anı geriyә qayıtmışdı.
Özü dә bütün ümidlәrin tükәndiyi, bir daha heç nәyin geriyә
dönmәyәcәyini yәqinlәşdirdiyi bir vaxtda.

285
   280   281   282   283   284   285   286   287   288   289   290