Page 283 - pryaxin
P. 283
Xəzər yuxuları

da buna müyәssәr olmayıb. Göründüyü kimi, Vahid özünü saxlaya
bilmir, yumruq yedikdәn sonra da sevimli nitq fiqurlarından
imtina elәyә bilmirdi. Sözünә davam edib dedi ki, heç bir
cinayәtin axırı yaxşı qurtarmır, Mussolini kimi adamı (bu duçe
hardan gәlib yadına düşmüşdü?) sevgilisi ilә birlikdә, ayağından
asdılar… Bu yerdә hirsindәn Dudayevin yanaqları sәyrimәyә
başladı. Sözünü qurtarmağa imkan vermәdilәr. Mitinqçilәrin bir
hissәsi maraqla dinlәsә dә (xüsusәn dә Mussolininin sevgi macә-
rasını öyrәnmәk istәyәn kişilәr), ayaqlarından yapışıb tribunadan
aşağı saldılar. Hәlә, yaxşı ki, güllәylә vurub salmadılar.

Özünә gәlәndә gördü ki, hansısa çirk basmış zirzәmidәdir,
hәr tәrәf üfunәt qoxuyur. Bu iyrәnc qoxuların içindә öz qanının
iyini daha aydın hiss edirdi – bu iy istәnilәn adamı ayıltmağa
qadirdir. Onu o qәdәr döymüşdülәr ki, böyrәklәrini hiss etmirdi.
Vahidi düz üç ay zindanda saxladılar. Hәr gün işgәncә verir, hәr
gün pul tәlәb edirdilәr. Telefonu onun qulağına yaxınlaşdırıb,
yaxınları ilә danışdırırdılar. Bu zaman telefonu әllәrindә elә
sıxırdılar ki, elә bil onlarla höcәtlәşәn, inad elәyәn Vahid yox, bu
dilsiz-ağızsız danışıq aparatıdır. Vahid isә susurdu. Otuz yeddinci
ildә repressiya qurbanı olmuş atası kimi hәlә dә ürәyinin
dәrinliklәrindә ümid edirdi ki, rәhbәr işә qarışacaq, onun xidmәt-
lәrini yadına salıb kömәk әlini uzadacaq. Görünür, nitq söylәyәrkәn
başı o qәdәr qarışıb ki, rәhbәrin hirsdәn, qәzәbdәn әyilәn sir-
sifәtini, qıyılan gözlәrini görmәyib. Başa düşmәyib ki, rәhbәrin
mimikasını çox gözәl başa düşәn mühafizәçi-opriçniklәr (hadisәlәrin
gedişini anlamaqda çәtinlik çәkәn xalq yox) onun ayaqlarından
yapışıb tribunadan yerә salacaqlar.

Tәbii ki, rәhbәrdәn sәs-sәmir çıxmadı. Rәhbәrlәrin hamısı
belәdir, lazım gәlәndә uzaqgörәnliklә susur, heç nә görmür, heç
nә eşitmirlәr. Onların fenomenal unutqanlığı, lazım gәldiyi anda
gözlәnilmәdәn lal, kar vә kor olması haqqında әfsanәlәr dolaşır.

Nәhayәt, iri, ağır, mәrmәr mürәkkәbqabına oxşayan “Mo-
torola”yla bütün qızıl dişlәrini vurub sındırandan (hәr dәfә sınan
dişini dili ilә itәlәyib, ağzından çıxartmalı, xüsusi qaba tüpürmәli
olurdu. Dirilәrin dişini çıxarmaq daha asandır, çünki ölülәrdәn
fәrqli olaraq, tüpürә bilirlәr) sonra onu buraxdılar. Göründüyü

283
   278   279   280   281   282   283   284   285   286   287   288