Page 277 - pryaxin
P. 277
Xəzər yuxuları

isә, hara çәksәn dә, onun idarә etdiyi sahәdә – tәbliğat sferasında
çalışırdı, demәli, “özününkü” idi. Çox zaman әksinә olurdu:
kәnardan başqaları hücum çәkir, onlar isә müdafiә olunurdular.
Mәtbuata, televiziyaya hücum çәkәnlәr isә hәmişә tapılırdı.
Әlbәttә, pis xәbәrlәr gәtirәn çaparın başını vurmaq öz sәhvlәrini
düzәltmәkdәn asandır. Sergey böyük vәzifә sahibi sayılırdı, amma
çox şeyә gücü yetmirdi, yәni bu kresloda oturub başqalarının
işinә pәl vurmaq onları müdafiә etmәkdәn daha asan idi. Müdafiә
olunarkәn isә çox zaman qınına çәkilmәli olurdu. Siyasi Büroda
bu qәnaәtә gәlmişdilәr ki (artıq bu barәdә rәy dә yazılmışdı),
“Komsomolskaya pravda”nın redaktorunu işdәn çıxarmaq lazımdır.
Sergey redaktoru hәlә qәzetdә tәcrübә keçdiyi vaxtlardan tanıyırdı:
dildәn pәrgar, deyib-gülәn oğlan idi. Ona öz oğlu kimi münasibәt
bәslәyәn Qorbaçov rәsmiyyәt xәtrinә, bәlkә dә, oğlanın müdafiәsi
üçün әlavә arqumentlәr әldә etmәk üçün rәyi Sergeyә göndәrdi.
Mixail Sergeyeviçin özü dә çәtin vәziyyәtdә qalmışdı: hәtta
Liqaçov vә Yakovlev kimi bir-biri ilә yola getmәyәn antipodlar
da sәylәrini birlәşdirib, redaktorun әleyhinә çıxırdılar. Sergey
düşünüb-daşınıb, kağızın üzәrindә belә bir dәrkәnar yazdı: “Siyasi
Büronun iclasında komsomol qәzeti redaktorunun işdәn kәnarlaş-
dırılmasını mәqsәdәuyğun saymıram. Bu, mәnfi reaksiyalar
doğura bilәr. Әgәr yoldaşlar redaktorun işdәn çıxarılmasında
israr edirsә, onda qoy ÜİLKGİ MK-sı bu işlә mәşğul olsun”.
Altından qol çәkib, hökumәt telefonu ilә Komsomolun Mәrkәzi
Komitәsinin birinci katibinә zәng vurdu:

– Büroda redaktorun üzünü danlayıb töhmәt vermәklә öz
işindә saxlaya bilәrsiniz?

– Bunu bacararıq, – katib söz verdi. – Axı o, ümumi şöbәdәndir.
Elәdir, hesabı düz çıxdı: katibin özü dә ümumi şöbәdәn
çıxmışdı. Biri “Komsomolka”nın ümumi şöbәsindәn, digәri isә
Komsomolun Mәrkәzi Komitәsinin. Yәni istәr-istәmәz bir-birinin
tәәssübünü çәkmәli idilәr.
Sergeyin hiylәgәr tәklifi Mixail Sergeyeviç üçün göydәndüşmә
oldu. Onu da deyәk ki, Sergey gizlindә yeni baş redaktorun
namizәdliyini götür-qoy edirdi: alınmasa, dәrhal başqasının
namizәdliyini irәli sürmәk lazımdır. Yoxsa başqaları – mastodontlar

277
   272   273   274   275   276   277   278   279   280   281   282