Page 310 - pryaxin
P. 310
rgi Pryaxin

– Әlbәttә, – çiyinlәrimi çәkdim. – Başqa necә olmalıdı ki?
Bizim kәnddә hamı rusdu, yaddaşını itirmiş sudaşıyan qoca
Yunisdәn savayı, milliyyәtini soruşanda, deyir, “bizimkilәr
buralıdı”. Saqqalında bir cüt tükü olan qoca Yunis özünü buralı
sayırsa, mәn çoxdan buralıyam...

– Ananın başqa uşaqları da var?
– Var, orda yatırlar, – daxma tәrәfi göstәrdim. – Bu da anam.
Anamın o vaxt işlәdiyi toyuq ferması tәrәfdәki tәpәdәn
hörümçәk boyda xırda bir qaraltının illәrlә gedib-gәlmәkdәn
saldığı cığırla hәrәkәt elәdiyini sezdim: bu yad adamı anama
tapşırıb, axır ki, öz әylәncәmә qayıdacağıma sevinirdim.
– Onların atası var? – Yol adamı әl çәkmirdi, bir yana qalan-
da, heç sәfilә-zada oxşamırdı; danışığı rahat idi, özünü dә tox tu-
turdu.
– Var, – qaşqabaqlı halda, tәfsilata varmadan qısaca cavab
verdim: körpәlәrin atası neçәnci dәfә idi ki, hәbsdә yatırdı.
“Hörümçәk” yarı yolda donub-qaldı. Çünki diqqәtli idi,
hәyәtdә yad adamın olduğunu görmüşdü. Diqqәtli olmağı ona
hәyat öyrәtmişdi – “hörümçәk” açdığı cığırla heç vaxt әliboş
gәlmirdi: gah körpәlәrinә on-on beş dәnә yumurta, gah da eşşәk
kimi yüklәnib bir vedrә yem, ya bir şәlә arpa samanı gәtirirdi.
“Hörümçәk” çoxuşaqlı idi vә bütün çoxuşaqlılar kimi әlinә keçәni
evә daşıyırdı. Öz daxmasına yemәk, hәyat gәtirirdi. Evdә bәnd
almırdı, evin bütün qayğısı tәk onun çiynindә idi. Başqalarının
nә düşündüyü onun vecinә deyil: bizim Nikolada hamı әlinә
keçәni daşıyıb gәtirir, ona görә belә vәziyyәtdә göz-gözә
gәlmәmәyә çalışırlar, üzlәrini çevirirlәr. Bu sәbәbdәn dә yad
hәyәtdә lazımsız yerә lәngimirlәr: nә bilәsәn, bәlkә, evin kişisi,
ya qadını siçan kimi indi evә nәsә gәtirir, ya gәtirmәk istәyir.
Anam öz yükü ilә açıq-aşkar gözlәyirdi ki, bu çağırılmamış
qonaq çıxıb getsin.
Yad adam qara gözlәrini göstәrdiyim sәmtә dikib bir dolça
da su götürdü. Baxışlarını tәpәdәn çәkmәdәn, dolçanı yavaş-ya-
vaş dodaqlarına apardı, sonra birdәn onu quyunun sementlәnmiş
kәnarına qoyub yaş әlini çiynimә vurdu:
– Әlvida!

310
   305   306   307   308   309   310   311   312   313   314   315