Page 315 - pryaxin
P. 315
Xəzər yuxuları

belә kәndә bir daha rast gәlmәdim. Anlamaq olmur ki, hansı
әlamәtlәrә görә bu qәdәr kәndin içindә NKVD mәhz bizim kәndi
seçib. Bәlkә, ona görә ki, Şimali Qafqazda bәzgәklәrin nә vaxtsa
köçüb gәldiyi yeganә kәnddi. Vüqarlı, vüqarlı olduğu qәdәr dә
şıltaq olan bu quşu indi bütün Rusiyada, yәqin, tapmazsan. Bu
mәnada mәn xoşbәxt adamam ki, uşaq vaxtı bu gözәl, zәrif
quşları, onların kövşәnlikdәn dәstә ilә vüqarla qalxdığını görmüşәm.
Uşaq arzularının qanadı varsa, mәhz belә olmalı idi: altı qar kimi
ağappaq atlasdan, hәtta xırda bir canlını da torpaqdan qoparıb,
göylәrә qaldırmağı bacaran geniş açılan qanadlar.

Bizim kәnddә bәzgәklәr vә NKVD yuva qurmuşdu: yalnız
mәnim doğum ilimdә, 1947-ci ildә komendatura burada lәğv
edilmişdi – mәn, hәtta onun Kurunta qobusu boyunca tikilmiş
zәhmli uzun binasını da xatırlayıram. Onların hәr ikisinin eyni
qәdim, anlaşılmaz quş instinkti, genetik naviqasiya kodu var: in-
sandan qorxmadan yaşamaq üçün xaraba yerlәr tapmağı ancaq
quşlar bacarır, insanlara isә müxtәlif cәzalardan tezcә ölmәk
lazımdı. Әgәr Stalin Allahdandısa, öz hәssas ornitologiyası ilә
NKVD hardan gәlmәdi? Görünür, bilavasitә cәnnәtin qapıçıları
olan mәlәklәrdәn – orada başqa qanadlılar, deyәsәn, yoxdu.

Otuz birinci ilin qışında onların bitib-tükәnmәyәn köçü başladı:
aylarla yol gәlmәkdәn köhnәlmiş, cırıq-cırıq olmuş alabәzәk Şәrq
pal-paltarları vә uşaqların yüklәndiyi arabalar bir neçә gün stan-
siyadan onları daşıdı. Qoca rusları әvvәlcәdәn çıxarıb, Nikola
daxmalarını ağzınacan onlarla doldurdular – bәzi qara damlarda
otuza qәdәr adam yerlәşdirmişdilәr. Bir az cavan kişilәr mәyus
halda başlarını aşağı dikib vәrdiş elәmәdiklәri soyuqdan üşüyә-
üşüyә, Qızıl ordu әsgәrlәrinin süngülәri altında şәhәrdәn, stansiyadan
piyada gәlirdilәr: belә daha ucuz idi. Otuz birinci ildә isә
qolçomaqlıqdan salınmış rusları bura qovub gәtirdilәr. İkinci
köçürülmә dalğasında anam da bura belә gәlib düşmüşdü. Rusları
bәs hara yerlәşdirәcәkdilәr? Rus olmayanların üstünәmi? Bunun
qayğısına hәyat yox – bunun qayğısına ölümün özü qaldı.

Otuz birinci illә otuz beşin arasında hәlә otuz birinci il dә var
idi: arabalar özbәklәri qәbiristanlığa daşımışdı. Tәzә qәbiristanlıq

315
   310   311   312   313   314   315   316   317   318   319   320